Həbs olunmuş rus nazirin şeiri

Həbs olunmuş rus nazirin şeiri
15 noyabr 2016
# 16:09

Kulis.az Etimad Başkeçidin tərcüməsində Rusiyanın dünən həbs edilmiş İqtisadiyyat naziri Aleksey Ulyukayevun şeirini təqdim edir.

Burada maymaqlar yaşamır təkcə,

Sarayın üstünü duman-çən alıb:

Kimi qoruyursan, sən axı, Hamlet,

Göz aldanmasıdır dustaq – yalandır.

Burda ürək dostu, qəlb sirdaşı yox,

Hamısı boyadır, hamısı rəngdir.

Bir azdan özün də görəcəksən ki,

Sarayda anbaan hər şey dəyişir.

Eh, Elsinor qəsri, kral sarayı.

Nağıl dediyin şey yalandır, amma

Onun içində də çuğul oturub!

… ulduzlar sayrışır saysız-hesabsız,

Od tutub oğrunun papağı kimi.

«Znamya» jurnalı (№1, 2016)

# 2618 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #