Rusiyada güləyənlər casusdur, Amerikada kədərlilər

Rusiyada güləyənlər casusdur, Amerikada kədərlilər
25 may 2013
# 07:15

Uşaq vaxtı mən...

Uşaq vaxtı mən qeyri-adi dərəcədə optimist idim. Gündəliyim və məktəb dəftərlərinin üzünə Stalinin şəkillərini çəkirdim. Elə digər proletar liderlərinin şəkillərini də. Ən yaxşı Karl Marks alınırdı. Dəftərə düşmüş ən adi mürəkkəb ləkəsini bir az yaydın – artıq oxşayırdı...

Pioner sırasında addımlayarkən səs tellərimə heyfim gəlmirdi.

Bir optimist olaraq böyüyürdüm. Mənə deyirdilər: “Yaşayış yaxşılaşıb, yaşamaq daha sevincli olub!”

İnanırdım.

Belə bir çoşqun marş yadıma gəlir:

Biz uşaqtək oxuyub güləcəyik,

Hər kəs mübarizə aparıb əməklə məşğul ikən...

Bu sözləri dəfələrlə qışqırırdım. Qışqırdım, qışqırdım, sonra isə məni fikir apardı. Bu necə olur axı? Ətrafda hamı işləyir, bizsə lap dəli kimi mahnı oxuyub gülürük...

Bir sözlə, optimizmim əriməyə başladı. Hər şey bir-birinin üstünə gəlirdi. Babamı güllələdilər. Atamı işdən qovdular. Sonra da məni – komsomoldan. Sonra universitetdən. Sonra Jurnalistlər Birliyindən. Bu beləcə davam etdi. Sonra da aydın oldu ki, daha məni qovacaq bir yer qalmayıb... Mənim pessimizmim daha da möhkəmlənirdi.

Ərafım da qəmli insanlardan ibarət idi. Nədənsə onların arasında zarafatcıl və şən olanlarını xatırlamıram. Dostlarım elələrindən ehtiyat edirdilər – satqın deyil ki?..

Nəhayət, biz emiqrasiya etdik. Amerikada yaşayırıq. Bizi əhatə edən reallığı öyrənməyə çalışırıq. İstənilən amerikalıdan soruşsan:

- Necəsən?

- Fayn (əla-red.), – o deyəcək.

Belə baxanda dəliyə oxşamır. Satqına, ümumiyyətlə, bənzəmir.

Bəlkə, onun həyatı, doğrudan da, fayndır? Axı niyə də olmasın? Düşündüyünü deyir. İstədiyi kimi yaşayır. Ürəyi istəyənə iman gətirir. Toxdur, geyməyə əyni-başı, ayaqqabısı var... Necə deyərlər, imkanları daxilində...

Beləcə, içimdə optimizmə doğru dönüşə başlanğıc qoyuldu. İndi də kədərli adamlara şübhə ilə baxıram. Niyə belə kədərlidirlər ki? Bəlkə, qaloşlarımı oğurlamaq istəyirlər? Bəlkə, onları KQB yollayıb ki, narahatlıq hissimi artırsınlar?..

Elə həmkarlarım da şəraitə uyğundurlar. Tez-tez gülümsəyirlər. Bəzən gülürlər. Arabir ürəkdən şaqqanaq da çəkirlər.

Elə qəzeti də prinsipial şəkildə optimist ruhlu hazırlayırlar!

Əlbəttə, bizim də kədərli anlarımız olur. Bir də görürsən kimdənsə küsmüş bir axmaqdan anonim məktub gəlir. Ya Sovet Birliyindən hansısa bəd xəbər. Ya da maşını pis sürdüyümə görə qızım aşağılayıcı baxışlarla baxır...

Amma əsas problem öz həllini tapıb. Övladlarımızın gələcəyi gözəldir. Yəni bizim gələcəyimiz.

Ona görə də qəzetimiz insanları mərd və optimist olmağa səsləyir.

Əsl mərdlik isə həyatın bütün həqiqətlərini bilə-bilə onu yenə sevməkdir!

(“Новый американец” qəzeti, № 31, 9-14 sentyabr 1980-ci il)

# 2534 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər