AYB-də növbəti KRESLO DAVASI

AYB-də növbəti KRESLO DAVASI
30 iyun 2014
# 16:36

Afaq Məsud Yazıçılar Birliyinin Tərcümə Mərkəzindəkı kabinetindən çıxmaq istəmir. Bu səbəbdən AYB Tərcümə Mərkəzinin yeni rəhbəri Səlim Babullaoğlu ilə sələfi arasında qalmaqal yaranıb.

Vaxtilə Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzinin rəhbəri vəzifəsində çalışmış yazıçı Afaq Məsud prezident İlham Əliyevin 16 may 2014-cü il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edildi.

Afaq Məsudun AYB-də boş qalan yerinə isə AYB-nin "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu gətirlidi.

Aktual.az-ın əldə etdiyi məlumata görə, yeni vəzifə sahibi Afaq Məsudla onun yerinə təyin edilmiş Səlim Babullaoğlu arasında ziddiyyətli məqamlar yaranıb.

Məlumatda bildirilir ki, Afaq Məsud yeni vəzifəyə təyin olunmasına baxmayaraq, vaxtilə rəhbəri olduğu Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən Tərcümə Mərkəzindəki iş otağını tərk etmək istəmir. Bu da Tərcümə Mərkəzinin yeni rəhbəri Səlim Babullaoğlunun haqlı narazılığına səbəb olub. Dəfələrlə iş otağını tərk etməsi üçün Afaq Məsuda müraciət etməsinə baxmayaraq, yazıçı xanım şairin bu müraciətini cavabsız qoyub və nəticədə, tərəflər arasında mübahisə yaranıb.

Bildirilir ki, hətta, AYB-nin sədri Anar Rzayevin müdaxiləsi və israrı da Afaq Məsudu fikrindən döndərməyib.

Mövzu ilə fikirlərini bölüşən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirdi ki, binanı tərk etmək fikrində deyil:

"Başa düşə bilmirəm, nəyə görə çıxmalıyam ki? Oturmuşuq öz binamızda. Qaldı narazılığı varsa, bunu Səlim müəllimin özü ilə aydınlaşdırın. Mən bu haqda ətraflı danışmaq istəmirəm".

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qısaca olaraq bildirdi ki, yaranmış problemi həll etməyə çalışırlar: "Məsələdən xəbərim var, indi görək, problemi yoluna qoymaq üçün nə edə bilirik".

Şair Səlim Babullaoğlu ilə əlaqə yaratmaq mümkün olmayıb.

# 2788 dəfə oxunub

Oxşar xəbərlər

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

12:00 25 noyabr 2026
Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

12:00 25 noyabr 2026
Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

10:00 25 noyabr 2026
Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər