Gənc Tamaşaçılar Teatrı bölgələrə səfər edəcək

Gənc Tamaşaçılar Teatrı bölgələrə səfər edəcək
19 may 2017
# 10:42

Bu ilin iyun ayında Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrə qastrol səfəri edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində baş tutacaq.

Bu dəfə teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikamızın şimal –qərb bölgəsinə – Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimova, əsas obrazların ifaçıları Əməkdar Artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqalarıdır.

Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyun ayının 12-dən 16-dək baş tutacaq və tamaşamız adıçəkilən rayonların ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə nümayiş etdiriləcək.

Qastrol səfərinin həyata keçirilməsində əsas məqsəd “Azərbaycan teatrının inkişaf etdirilməsinə dair” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.

# 1899 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər