Robotun yazdığı roman müsabiqədə finala çıxdı

Robotun yazdığı roman müsabiqədə finala çıxdı
9 sentyabr 2016
# 11:09

Süni intellekt hər keçən gün bir az daha inkişaf edir. Bundan əvvəl film ssenarisi yazan aparat, indi roman yazıb. Kulis.Az türk mətbuatına istinadən xəbər verir ki, yaponların hazırladığı cihaz qısa roman yazaraq ədəbiyyat dünyasına daxil olub.

Aparatın yazdığı “Bir kompüterin roman yazdığı gün” adlı qısa roman Yaponiyanın keçirdiyi beynəlxalq ədəbiyyat mükafatında finala çıxıb.

Yaponiyanın “Hoşi Şiniçi” ədəbiyyat mükafatı bir neçə ildir insanın yaratmadığı yaradıcı işlərin də müsabiqəyə iştirakına razılıq verib. Ancaq ilk dəfə müsabiqəyə süni intellekt tərəfindən yazılan roman göndərilib. Yarışmaya qatılan 1450 əsərin 11-nin ən azı bir bölümü aparatlar tərəfindən yazılıb. Bunlardan biri də Hitoşi Matsubaranın təkmilləşdirdiyi və finala qalmağı bacaran yazar robotdur. Hitoşi Matsubara işçiləri ilə birlikdə bəzi kəlimə və cümlələr seçərək romanın strukturunu hazırlamış, davamını yazmağı üçün isə işi süni intellektə həvalə etmişdir.

Xatırladaq ki, Hitoşi Matsubara finalda qalib gələ bilməyib. Robotun yazdığı romanın heyrətləndirici dərəcədə gözəl olduğunu deyən yapon fantastik yazıçısı Satoşi Haşe yalnızca personajların təsvirinin zəifliyi ucbatından birinciliyin əldən verildiyini açıqlayıb. Yazıçı düşünür ki, robotun insan duyğularından uzaqlığını nəzərə alsaq, bu heç də təəccüblü deyil.

# 1867 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər