İki ildən sonra zayı çıxacaq cavanların

İki ildən sonra zayı çıxacaq cavanların
2 sentyabr 2013
# 10:37

Kulis.Az Svetlana Turanın tərcüməsində İosif Brodskinin şeirlərini təqdim edir.

Lirika

İki ildən sonra

Solacaq akasiyalar,

Düşəcək aksiyalar,

Qalxacaq vergilər.

İki ildən sonra

Artacaq radiasiya.

İki ildən sonra.

İki ildən sonra.

İki ildən sonra

Köhnələcək kostyumlar,

İtiriləcək həqiqətlər,

Dəyişiləcək dəblər.

İki ildən sonra

Zayı çıxacaq cavanların.

İki ildən sonra.

İki ildən sonra.

İki ildən sonra

Sınacaq boynum,

Qırılacaq əlim,

Əziləcək üz-gözüm.

İki ildən sonra

Səninlə evlənəcəyik.

İki ildən sonra.

İki ildən sonra.

Kitab

“Mənə xoşbəxt sonluqlu bir kitab göndərin...”

Nazim Hikmət

Səyyah, nəhayət ki, mənzilə çatır.

Həqiqət tərəfdarı alçağı tutur.

Kəndli ağaclara baxır

və qapısını çəkir pəyənin

sonuncu səhifəsində

xoşbəxt sonluqla bitən

kitabın.

Adı çəkilən ulduzlar səssizliyinə düşür

bağlı pəncərələrin, qapanan kirpiklərin.

... Birinci hissədə ağaclar

pəncərəyə söykəniblər səssizcə

yuxuya dalmış xəstəxanalarda xəstələr çığırır quştək.

Bəzən romanlar gündüz çağı bitir.

Qanunauyğunluğu kəşf etmiş alim pəncərəni açır,

o səyyah,

gözdən itir təpənin arxasında,

qalan qəhrəmanlar nahar fasiləsində üz-üzə gəlir.

İqtisadiyyat stabilləşir,

sosioloq şübhələrindən vaz keçir.

Gözoxşayan barların yanında

Parıldayır sadə maşınlar.

Müharibələr bitib. Yeni nəsil boy atır.

Hər bir qadın kişiyə arxalana bilir.

Sarışınlar fərqi izah edir

yaxşı ilə pis arasında.

Bütün ağaclar – günorta – kəndlini kölgədə tutur.

Bütün təyyarələr sağ-salamat

hava limanına qayıdır.

Bütün kapitanlar

yeri aydın şəkildə görür.

Axmaqlar ağıllanır. Yalançılar daha danışmır yalan.

Alçaqların işi, təbii ki, gətirmir.

...Əgər birinci hissədə kimsə bağırırsa,

onda otuzuncuda bu səs, əlbəttə ki, yoxa çıxır.

Seksual mübtəlalıq və sosial optimizm,

şeirlərdən, sonetlərdən, kansonalardan yaxşı epiqraflar,

yarıdetektiv süjet – həyat adlı.

...Mənə xoşbəxt sonluqlu bir kitab göndərin!

# 2430 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər