“Biz televiziyaya ona görə baxırdıq”

“Biz televiziyaya ona görə baxırdıq”
23 aprel 2014
# 16:00

Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda şairə Nurəngiz Günün 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə tanınmış yazıçı və şairlər, ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak edirdi.

Yaradıcılıq gecəsini giriş sözü ilə açan AYB sədri, Xalq Yazıçı Anar millət vəkillərinin çoxluğunu nəzərə alaraq tədbirin Milli Məclisin iclasını xatırlatdığını dedi. Nurəngiz Gün yaradıcılığı haqqında fikirlərini bölüşən yazıçı onun gözəl sənətkar olduğunu söylədi: “Gözəl şairə də deyə bilərdim. Amma Nurəngiz xanımın ədəbiyyata nəsrlə gəldiyini nəzərə alaraq gözəl sənətkar ifadəsini işlətdim. Nurəngiz xanım həm də ona görə gözəl sənətkardır ki, diktor kimi hamını heyran edib, kinoya çəkilib. Siyasətə Jalə Əliyeva kimi bir insan bəxş edib və bu gün onun Nurəngiz xanıma qayğıkeş münasibəti təbiidir”.

Anar çıxışını bitirdikdən sonra sözü şair Səlim Babullaoğluna verdi. Nurəngiz Gün yaradıcılığının ilkin mərhələsi haqqında danışan şair onun bu dövrdə yazdıqlarının böyük maraqla qarşılandığını bildirdi. Mirzə İbrahimovun Nurəngiz xanım haqqında yazdığı məqalədən bir hissəni oxudu.

Tədbirdə çıxış edən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, Nurəngiz xanım onun yaşıdlarının yaddaşında parlaq obraz kimi qalıb: “Biz hamımız televiziyada onunla bir yerdə çıxış etməyə can atırdıq. Bizi vəhhabi saqqalı ilə bəzəməyə çalışanlar, çadra ilə gizlətməyə çalışanlar bilməlidirlər ki, bunu bacarmayacaqlar. Min illik tarixi olan qadın poeziyamızda o qədər işıq var ki, bunu etmək sadəcə mümkün deyil. Nurəngiz xanımın yaradıcılığında da bir azadlıq var. Daha doğrusu azad olmaq istəyi. Bəlkə Nurəngiz xanım dünya adlı qəfəsdən azad olmaq üçün bu qədər səy göstərir. Və mən arzu edirəm ki, o hara uçmaq istəyirsə, sonda ora da uça bilsin”.

Millət vəkili, dilçi alim Nizami Cəfərov isə deyib ki, 6-7 ildir Nurəngiz xanımdan yazı yazmaq istəyir: “Ancaq hələ ki, yazının başlığını tapa bilmişəm, yazıya isə başlamamışam. Başlıq isə belədir: “Nurəngiz Günün nurlu və günəşli poeziyası”.

Nizami Cəfərov Nurəngiz xanımın poeziyasının mütərəqqi olmasına diqqət çəkərək qeyd edib ki, onun yazdıqlarında emosionallıq da çoxdur.

Millət vəkili Nurəngiz xanımın diktor kimi də fəaliyyətinə toxunub: “İndi qəşəng diktorların heç biri Azərbaycan dilində yaxşı danışa bilmir və bu mənim xətrimə dəyir. Nurəngiz xanım bu baxımdan onlara nümunə ola bilər. O, Azərbaycan dilinin inkişafına da öz töhfəsini vermiş insandır”.

Millət vəkili, yazıçı Hüseynbala Mirələmov deyib ki, o vaxtlar adamların çoxu məhz Nurəngiz xanıma baxmaq üçün ekran qarşısında otururmuş. Hətta bəzi adamlar onu görmək üçün AzTV-nin qabağını kəsdirirmiş.

Nurəngiz xanımın “8 Mart güllərin qətl günüdür” misrasını yada salan Mirələmov buna görə gül dəstəsi hədiyyə edə bilməyəcəyini deyib və səbəbkara başqa bir hədiyyə verib.

Daha sonra Nurəngiz Gün öz şeirlərini oxuyub.

# 4535 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər