İdman dərsində qəbir qazan dahi yazıçı - Anım

İdman dərsində qəbir qazan dahi yazıçı - Anım
7 oktyabr 2019
# 20:45

Yazıçıların əsərlərinin mövzusunun həyatları, onun bir dönəmi ilə səsləşməsi tamamilə normaldır. Məsələn, varlı İstanbul ailəsində doğulmuş Orhan Pamuk romanlarında İstanbul burjuaziyasından deyil, nədən danışsın?

Belə nümunələri istədiyiniz qədər artıra bilərsəniz.

Edgar Allan Po da bədbin hekayələr yazmış, əsərlərində ölüm, həyatın faniliyi, məzar kimi mövzuları işləmişdi...

***

Ponun anası 8 yaşında olanda ailəsi İngiltərədən ABŞ-a köçür. Qənirsiz gözəlliyə malik olan Elizabet Arnold Hopkins tezliklə teatr ulduzuna çevrilir. Onun üçün tamaşalar qoyulur. On üç yaşı olanda Elizabet teatrın əsas aktyoru ilə evlənir. Lakin əri bir ildən sonra ölür. Elizabet dul qalır.

Teatr tezliklə yeni aktyor axtarışına çıxır. Bu zaman əslində rəqqas olan David Po aktyor kimi işə götürülür. David ilə Elizabet təkcə səhnədə qovuşmurlar. Bir-birinə aşiq olan gənclər tezliklə evlənirlər.

Bu evlilikdən Edqar doğulur. Lakin körpə doğulandan üç həftə sonra David ailəsinə qarşı marağını itirir və onları ataraq çıxıb gedir. David bir müddət sonra Çikaqoda ucuz otellərdən birində ölü halda tapılacaqdı. Səbəb içki aludəçilik idi.

Üç həftəlik uşağı ilə tək qalan Elizabet yenidən səhnəyə çıxmağa məcbur olur.

Və həftədə səkkiz dəfə “Romeo və Culyetta” tamaşasında Cülyetta rolunu oynamağa məcbur olur. Sizcə baxıcısız qalan uşaq tamaşa vaxtı aktrisa anasını harda gözləməli idi? Əlbəttə salonda. Salonda balaca Edqar üçün oturacaq ayrılmışdı. Və balaca uşaq hər gün azı bir dəfə anasının tamaşada ölüb sonra kulisə keçib dirilməsini görürdü.

Bu səhnə bizə adi görünə gələ bilər. Amma buna bir də altı aylıq, bir yaşlı, iki yaşlı uşağın gözü ilə baxaq. Anasının ürəyinə hər gün xəncər saplandığını, sonra onun dirildiyini görür. Belə olan təqdirdə Edqarın “ölüm” anlayışı necə olmalı idi? Bəlkə elə buna görə də Ponun əsərlərində qadın obrazlar dəfələrlə ölüb-dirilirlər?

Üç yaşına qədər anasının ölüb-dirilməyini dəfələrlə görən Edqar üç yaşında gerçək ölümlə qarşılaşdı. Anası tuberklyozdan öldü.

Frances Allan adlı varlı bir sonsuz qadın yetim Edqarı övladlığa götürmək istəyir. Francesin həyat yoldaşı uşağı övladlığa götürməyə razı olmasa da himayədarlıqdan imtina eləmir. Beləcə balaca Edqar İngiltərəyə dini məktəbə oxumağa göndərilir.

Edqarı burada maraqlı təhsil metodu gözləyirdi. Məktəb kilsə ərazisində yerləşirdi. Ətrafı isə qəbiristanlıq idi. Müəllimlər uşaqlara qəribə tapşırıqlar verirdilər: Qəbirlərin üzərində yazılmış ölüm və doğum tarixlərini toplayıb-çıxaraq misallar edin. Hətta dərslər məzarlıqda keçirilirmiş. Gözünüzün qarşısında qəbirlər arasında oturub əlifba öyrənən şagirdlər canlandımı?

Bədən tərbiyəsi dərsi isə daha dəhşətli idi. Şagirdləri qəbir qazanlara kömək etməyə göndərirlərmiş.

Sözsüz ki, belə məktəb heç bir uşağa normal təhsil verə bilməzdi. Amma qəribədir ki, bu məktəb XIX əsr Amerika ədəbiyyatının ən böyük nümayəndələrindən birinin yaranmasına təkan oldu.

Əsərlərində ölüm, qəbir kimi mövzuları tez-tez işləyən, qotik janrının ustalarından hesab edilən böyük yazıçı-şair Edgar Allan Po bu cür yetişdi.

# 4672 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər