Allah neyləsin ki, bəndəsi belə

Allah neyləsin ki, bəndəsi belə
7 oktyabr 2013
# 14:22

Anar MƏCİDZADƏ

Qədrini bilmədik

Bəlkə də gecikdik sevib-sevməyə,

Qədrini bilmədik biz bu sevginin.

Sevginin yolunda dəyər ölməyə,

Qədrini bilmədik biz bu sevginin.

Sevgisiz Günəş də doğmaz sabaha,

Günəşli səhərlər qayıtmaz daha.

İtirdik bu eşqi biz baxa-baxa,

Qədrini bilmədik biz bu sevginin.

Uçuldu qəlbimin sevgi yuvası,

Dəyişdi dünyanın abı-havası.

Sevgisiz həyatın de, nə mənası?

Qədrini bilmədik biz bu sevginin.

Yaşımız üstünə yaş gəlib, heyf,

Bahar ömrümüzə qış gəlib, heyf.

Sevgimiz hicrana tuş gəlib, heyf,

Qədrini bilmədik biz bu sevginin.

Məhəbbət dəyişdi taleyimizi,

Qınasın qoy ellər, qınasın bizi,

Qoruya bilmədik saf eşqimizi;

Qədrini bilmədik biz bu sevginin.

Gözlərin məni gəzəcək

Keçəcəm qəlbindən xoş hisslər kimi,

Çiçəkli, boranlı fəsillər kimi.

Sönməyən odam mən, bir ocağam mən,

Daima qəlbində yanacağam mən.

Məni düşünəcək sevən ürəyin,

Çünki mən olmuşam hər an gərəyin.

Sən dağ oldunsa, qarı mən oldum,

Ömrünün çiçəyi, barı mən oldum.

Küləklər əsəcək, üşünəcəksən,

Bax o zaman məni düşünəcəksən.

Göylərdə üzəcək xəyalın sənin,

Mənsiz dəyişəcək əhvalın sənin.

Hər yanda gözlərin məni gəzəcək,

Həsrətim hər zaman səni üzəcək.

Bax belə keçəcək ömür yolların,

Cavabsız qalacaq çox sualların.

Ey mənim nazlım

Səni sətir-sətir qəlbimə yazdım,

Ey mənim gözəlim, ey mənim nazlım.

Xəstə çağlarımda loğman olmusan,

Sən bir özgə idin, doğmam olmusan.

Şükür etməliyəm Tanrı əmrinə,

Mənim bu ömrümü yazıb ömrünə.

Mən yaz vurğunuyam, sən yaz çiçəyi,

Sevginlə şad etdin sevən ürəyi.

Özümü tapmışam özündə gülüm,

Baharın ətri var sözündə gülüm.

Neçə dəfə küsüb, barışmışıq biz,

Axır ki qaynayıb-qarışmışıq biz.

Nə qədər biz varıq, eşqimiz vardır,

Eşqimiz solmayan güllü bahardır.

Ey mənim gözəlim, ey mənim nazlım,

Bu xoş sözlərimi tək sənə yazdım.

Dəyişib zəmanə

Biz dərdi qovuruq, dərd bizi qovur,

Qovhaqov dünyada yaşayırıq biz.

Gözlərdə dərd-kədər, ürəklərdə qəm,

Əzəldən belədir bu taleyimiz.

Dünyanın dərdidir didir qəlbimi,

İçim də, çölüm də məni yandırır.

Dəyişib zəmanə, dəyişib dövr,

Əfsus ki, qananı qanmaz “qandırır”.

Baş çıxarmaq olmur, baş itib artıq,

Daş üstə qoymağa daş itib artıq.

Dünyanın bir haqqı, etibarı yox,

Çiçəkli dövranı, yaz-baharı yox.

Allah neyləsin ki, bəndəsi belə,

Bəndəsi bəndəyə qurur bir tələ.

Anar, səbirli ol, döz çətin günə,

Qalib gələcəkdir söz çətin günə.

# 2592 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər