“Türkiyə ədəbiyyatı antologiyası” təqdim olundu

“Türkiyə ədəbiyyatı antologiyası” təqdim olundu
6 iyun 2017
# 17:00

İyunun 5-də Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi xanım Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr müavini, yazıçı Osman Çeviksoy və digər qonaqlar, eləcə də Azərbaycanın tanınmış ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud açıb. O, XIX–XXI əsr Türkiyə ədəbiyyatının mənzərəsinin ilk dəfə belə bir akademik formatda təqdim edildiyi, kitabın Türkiyə ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan növbəti ciddi layihələrin ilki olduğu haqqında söz açıb, hazırda Mərkəzdə “Türkiyə şeiri antologiyası” üzərində də işlərə başlanıldığını qeyd edib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral çıxış edib. Səfir hər iki qardaş ölkənin ədəbiyyatlarının tanıdılması və təbliği istiqamətində Mərkəzin gördüyü işləri yüksək qiymətləndirərək, bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu, Mərkəzin ərsəyə gətirdiyi bu kitabın Türkiyə-Azərbaycan qardaşlığının və doğmalığının önəmli timsalı olduğunu qeyd edib.

Türkiyədən tədbirə təşrif buyurmuş Avrasiya Yazarlar Birliyinin sədr müavini Osman Çeviksoy antologiyanın tərtibindən və bədii məziyyətlərindən danışıb. O, kitabın keyfiyyətli tərcüməsi və nəfis tərtibinə görə təmsil etdiyi qurumun rəhbərliyi adından Tərcümə Mərkəzinə təşəkkürünü bildirib və Avrasiya Yazarlar Birliyinin fəxri diplomunu Afaq Məsuda təqdim edib.

Tədbirdə iştirak edən qonaqlar da öz növbəsində Tərcümə Mərkəzinin iki qardaş ölkə arasında ədəbi əlaqələrin qurulması istiqamətində səmərəli fəaliyyətindən söz açaraq layihənin əhəmiyyətdən danışıblar.

# 1558 dəfə oxunub

Oxşar xəbərlər

Oğuzdakı alban kilsəsinin reyestrə salınması məsələsinə baxılacaq

Oğuzdakı alban kilsəsinin reyestrə salınması məsələsinə baxılacaq

16:43 23 sentyabr 2025
“Anadolunun qapıları arxasındakı xəzinələr”  adlı sərgi keçirildi

“Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirildi

14:20 23 sentyabr 2025
“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

11:45 23 sentyabr 2025
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər