"Bu, Azərbaycan kişilərinin rus qadınından intiqamıdır" - Hekayə müzakirəsi

"Bu, Azərbaycan kişilərinin rus qadınından intiqamıdır" - Hekayə müzakirəsi
21 may 2025
# 15:00

Kulis.az Alpay Azərin "8b-dəki İra" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Müəllif bu hekayə ilə nə dedi, anlamadım. Nə öyrəndim? Başqaları nə öyrənəcək? Bəlkə, diqqətli deyiləm, bilmirəm. Patrik Züskindin məşhur hekayəsindəki tənqidçi kimi danışsam, dərinlik çatmır bu hekayədə sanki. Amma mən ədəbi tənqidçi deyiləm. Müəllif bu fikrimi ürəyinə salmasın".

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi

İlham Əziz:

"Hekayədə bu qədər üç nöqtə adamı əldən salır. Qalırsan öz hayına. Bilmirsən, hansını hara calayasan. Ən uzağı, 3-4 dəfə bu durğu işarəsindən istifadə etmək məqbuldur. Səhv etmirəmsə, on dəfə üç nöqtə qoyulub. Dəqiq saya da bilmədim.

Hekayə cansıxıcıdır. Hər nə qədər içində əlli dərənin suyu qarışsa da, təəssüf ki, maraq oyada bilmədi. Qeyri-estetik cümlələr var. “Məktəb maaşı”, “tammetrajlı çarpayı”, “barmağımı ağuşuna almadı”, və s.

Hekayə adamda “pis tərcümə olunmuş” mətn əhvalı yaradır. Düşünməyə yer qoymur, bütün suallara müəllif cavab verir.

Məncə, Alpay həddən artıq yazır. Belə məhsuldarlıq keyfiyyət defisiti yaradır. Hekayədə aydınlanma yoxdur. Alpaya yeni hekayələrində uğurlar arzulayıram".

Fəridə:

"Hekayə çox qəşəng başlayır. Elə ilk abzaslardan təsvirlər o qədər filmoqrafikdir ki, həmin dövrdə və anda olursan. Ortabab rus filmi dadındadır. Məsələn, kinoteatrda başını sevgilinin çiyninə dayayıb (oturacaqlar çox narahatdır, yeri gəlmişkən, bundan artıq nəsə etmək olmur) belə bir filmə xumar-xumar baxardım. Amma ortaya qədər.

Parisdəki əhvalat, iranlı xanım, ikinci arvad məsələlərini İraya yaraşdıra bilmədim. Əyninə deyil. Real həyatda, bəlkə də, ola bilər, amma bu hekayədə İranın taleyi belə olmamalıydı. Bunu müəllifin tipik Azərbaycan kişilərinin rus qadınından intiqamı kimi dəyərləndirdim. Hekayədən çox mövzudan danışıram, çünki hekayədə bir problem yoxdur, hər şeyi ilə janrın tələblərinə cavab verir, məncə. Amma "rusyetə" ikicə həftəlik də yolu düşən hər qafqazlı kişinin "repertuarında" N qədər belə hekayələr var. Hekayə daha çox şüuraltı qisas, intiqam, rus qadına uduzmuşluq qoxusu verdi. Eyni zamanda gizli heyranlıq. Alpay müəllimi həmişə oxuyuram. Bənzətməli olsam, bu hekayəyə reyhan kompotu deyə bilərəm, dadını sevmədim".

# 2370 dəfə oxunub

Oxşar xəbərlər

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər