writer1

Sevda Sultanova

Məqalə sayı

849
clock11:10 calendar-gray 11 Fevral 2021 view-gray514 dəfə oxunub
view-gray514 dəfə oxunub

Vətən üçün ölmək

Kann festivalında əsas mükafatı almış yeganə sovet filmi, Mixail Kalatozovun “Durnalar uçur” dramının final səhnəsi emosiyalar baxımından qarışıq və çoxmənalıdır. Mərkəzi fiqurlardan biri Veronika qələbə günü sevgilisi Borisi qarşılamaq üçün vağzala gəlir.

Burda onun dostundan Borisin öldüyü xəbərini eşidir. Vağzalda insanlar qələbə sevinci yaşayır, bir-birinə sarılır və bu şadyanalıq fonunda kamera gözüyaşlı, kədərli Veronikaya fokuslanır. Rejissor əlbəttə ki, belə bir sonluqla-milyonlarla insanın ölməsi, doğmalarını gözüyaşlı qoyması bahası başına gələn qələbəyə dəymədiyi fikrini irəli sürmür.

Məlumat üçün deyim ki, müharibə dövründə Kalatozov sovet kinosunun təbliğatına nəzarət eləyib və onun “Durnalar uçur” filmi Tarkovskinin Venesiyada “Qızıl Şir” almış “İvanın uşaqlığı” dramıyla bərabər, ümumən sovet kinematoqrafiyasında müharibə kinosunun məzmununu, ona yanaşmanı dəyişmişdi. Artıq sonrakı filmlərdə müharibə fonunda adi insanların dramı, ağrısı vurğulanırdı.

Final epizodunun o hissəsinə qayıdıram ki, rejissor insanların sevincini yarıda kəsir və qələbəliyə kədərli sükut çökür. Borisin dostu Stepan qələbəyə görə həlak olmuş insanların unudulmayacağını, doğmalarını qarşılaya bilməyənlərin dərdini bölüşdüyünü deyir və hamını müharibənin olmayacağı, yeni həyat naminə yaşamağa səsləyir. Bu anda Veronikanın üzündə ümid yaranır, sevgilisinə aldığı çiçəkləri sağ qalmış əsgərlərə paylayır.

Yazıma uzun-uzadı girişlə başlamağımın səbəbi var. Ara-sıra müxtəlif platformalarda 44 günlük müharibədə əldə etdiyimiz uğurların əhəmiyyətini böyük itkilər səbəbindən heçləşdirməyə, anlamsızlaşdırmağa, pessimist əhval yaratmağa çalışan qeydlərə rast gəlirəm. Məqsədli ya məqsədsiz, bilmirəm, hər halda yazıda toxunmaq istədiyim məsələ bu deyil.

Bu günlərdə çox yaxın dostum atasının şahidi olduğu tükürpədici bir əhvalat danışdı. Birinci Qarabağ savaşında olmuş hadisədir. Əslən ağdamlı olan əsgər Laçındakı döyüşlərdə yaralanaraq çoxlu qan itirir. Həyatını itirməkdə olan əsgərin son arzusu Ağdamdan olan bir ovuc torpağı qoxlamaq idi. Onu təcili Ağdama çatdırmağa çalışırlar. Və öləcəyindən qorxaraq, ağrısını yüngülləşdirmək üçün yolda Laçın torpağından verirlər. Torpağa əli toxunan əsgər, “Yox, bu Ağdamın deyil” - deyir. Ağdama çatanda ona verilən torpağı qoxlayan və acgözlüklə yalamağa başlayan əsgər dünyasını dəyişir. Məsələnin ən təsirli yanı odur ki, o əsgər son nəfəsində doğmalarını yox, məhz doğulduğu torpağı xatırlayıb, onu qoxlayaraq ölmək istəyib.

Gallery

Hər iki müharibədə onlarla, yüzlərlə belə təsirli hekayə baş verib!

Mən başa düşürəm və yetərincə anlayışla qarşılayıram ki, kimin üçünsə üstündə doğulduğu, yaşadığı torpaq sadəcə fiziki məna daşıyır. Lakin bu adamlar əks düşüncədə olanları da anlamağa borcludurlar ki, onlardan ötrü torpaq fizikiliyin fövqündə dayanır və bu bağlılıq, sevgi, konkret tərifə sığmır.

Əgər qadının kişiyə və ya kişinin qadına, valideynin övlada sevgisi, yaxud fərdin dəyərlərə, əqidəsinə sadiqliyi sorğulanmırsa, onda niyə biz insanın vətənə sevgisini, onun uğrunda ölməyini sorğulayıb şübhə altına alırıq?

Bu haqqı özümüzdə necə tapırıq görəsən?

Ana övladı uğrunda qurban gedirsə, canını düşünmədən fəda edirsə, niyə fərdin vətən uğrunda canını fəda etməsini sorğulayıb onların ruhunu incidirik?

Axı, hər iki müharibədə ölümü gözə alaraq könüllü vuruşan, buna şüurlu şəkildə hazır olan yüzlərlə insan olub.

...Sovet kinosu tarixində ilk dəfə Berlin kinofestivalında “Qızıl Ayı” alan Larisa Şepitkonun “Yüksəliş” (1976) hərbi dramında müharibə zamanı eyni cəbhədə vuruşan, iki fərqli düşüncənin toqquşması göstərilir. Alman nasistlərinə əsir düşən iki partizandan biri Rıbak işgəncə və ölüm qorxusu səbəbindən zəruri məlumatları düşmənə ötürür. Digər qəhrəman Boris isə onlarla əməkdaşlıq fikrini özünə yaxın buraxmır və edam olunmasına razılıq verir.

O, edama daxili bir rahatlıq və təmkinlə gedir. Rejissor, ziddiyyətlərə baxmayaraq, hər iki personajın davranışı, ikinci planı, oyunu, jestləri ilə şəxsi seçimlərinə bəraət verməsinə nail olur.

Hər kəsin mahiyyətindən asılı olmayaraq istənilən seçimə haqqı olduğunu düşünürəm. Amma elə seçimlər var ki, onların sorğulanması ən azı etik deyil.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdləri
17:20 02 Mart 2021
Xalq artistinə ağır itki üz verdi
17:13 02 Mart 2021
Aşıqlar dastan oxuyacaq
16:40 02 Mart 2021
Azərbaycan Türkiyə ilə müştərək filmlər çəkəcək - Rəsmi müqavilə imzalandı
15:58 02 Mart 2021
Ən gözəl tərbiyəsizlik: Bakıda divarlara yazılan "dastanlar" - Fotolar
15:16 02 Mart 2021
O film ilk sanballı ekran əsərimizdir – Anar yazır...
14:36 02 Mart 2021
Azərbaycanda yeni qurum yarandı - Nəşriyyatlar birləşdi
13:40 02 Mart 2021
Ekspertdən test sualları ilə bağlı sərt açıqlama: “Bilərəkdən gəncləri elmdən qaçırırlar”
13:01 02 Mart 2021
Məşhur bəstəkarın qızı: “Atamı zibillikdə dəfn eləmişdilər” – Müsahibə
12:15 02 Mart 2021
Anar Kərimov Türkiyənin xarici işlər naziri ilə görüşdü
11:47 02 Mart 2021
Anar Yazıçılar Birliyinin qurultayının vaxtını açıqladı
11:27 02 Mart 2021
Atası gözünün qabağında öldürülən yazıçılar
11:02 02 Mart 2021
Berlin Film Festivalı başladı
10:23 02 Mart 2021
4 yaşlı uşaq şeir müsabiqəsinin qalibi oldu
09:32 02 Mart 2021
Çəpərin üstündən öpdüyüm traktorçu – Fəridədən yeni hekayə
09:03 02 Mart 2021
Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu
18:56 01 Mart 2021
Türkiyə ilə mədəni əməkdaşlıq sənədləri imzalandı
18:21 01 Mart 2021
Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
17:49 01 Mart 2021
"Zirək Xorasanlı"nın bədii səyahəti - Qasım Qasımzadənin yazısı...
17:34 01 Mart 2021
Hamı Onun axtarışındadır – Nizamidən yeni tərcümə - Mətn
17:01 01 Mart 2021