Genetikada xəyanətin təkamülü - Esse

Genetikada xəyanətin təkamülü - Esse
7 fevral 2020
# 16:49

Kulis.az Cavanşir Qasımovun “Genetikada xəyanətin təkamülü” yazısını təqdim edir.

Təbiətdə bütün canlılar öz funksiyasına görə iki cins arasında dəyişir. Erkək və dişi adlandırdığımız bu fərdlər də cinslərin özünə xas aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var. Bəllidir ki, təbiətdə mövcud olan hər bir dişi fərd istər öz fiziki gücünə görə, istərsə də metabolizmanın möhkəmliyinə görə erkəklərdən qat-qat üstündür. Xarici gözəlliyə gəldikdə isə, heyvanların erkək cinsləri, dişilərə nisbətən daha cəlbedici görünür. Bəs belə olduğu halda, necə ola bilər ki, insanlar da bunun tam əksi baş verdi? Qədim dövrlərdən biri olan Matriarxat dövründə, yəni anaxaqanlığı dövründə də kişilər qadınları yox, qadınlar kişiləri seçir və bunun nəticəsində sağlam nəsillər yaranırdı. Bəs necə ola bilər ki, heyvanlar bu prosesi hələ də davam etdirdikləri halda insan oğlu bu üstünlüyü kişilərə verdi? Məsələ burasındadır ki, insanlar və heyvanlar arasındakı psixoloji inkişaf perspektivləri tamamilə fərqlidir. Heyvanlarda olan psixologiya proqramlaşdırılmış formada olduğu üçün, yeni həyat şərtlərinin təkamülünü demək olar ki, qavraya bimir. Lakin insanlarda bu belə deyildir. Anaxaqanlığı dövründə qaydaları qadınlar təyin etdiyi üçün, bir müddət sonra seçim sərbəstliyi psixoloji olaraq yeni həyat şərtlərinə yönəlməyə başladı. Belə ki, qadınlar ov etməkdən şüurlu şəkildə imtina edərək, zamanla öz fiziki gücünü zəiflətmiş və bu üstünlüyü kişilərə ötürmüşdür. Təkamül nəticəsində qadınların bədən forması çətin işlərdən uzaq qaldığı üçün, kişilərlə müqayisədə öz fiziki güc funksiyasını tamamilə itirmiş oldu. Bəlkə də bu hipotez bizim çoxdandır axtarışında olduğumuz dini-fəlsəfi sualların cavabı ola bilər? Məlumdur ki, təktanrılı dinlərdə üstünlük, yəni əsas qayğılar kişilərə verilmişdir. Çünki insanlar tərəfindən edilmiş "genetik xəyanət" tanrı tərəfindən də göz ardı edilə bilməzdi. Bəlkə də tanrı kitablarının qayəsi elə buradan gəlir? Axı biz təbiətin qanunlarına zidd gəldik, axı qadınlar şüurlu şəkildə bu üstünlüyü kişilərə verdi. Bəs belə olan halda feminizm fenomeni niyə bu fiziki fərqliliyi nəzərə almır? Onu da qeyd edək ki, kişi və qadın cinsi elmin gözündə sadəcə fərdlərin çoxalması yönündə öz mahiyyətini tapır. Bəllidir ki, kişi və qadın cinsinə sahib olmaq xüsusi olaraq psixoloji özəllikləri yaratmaz. Çünki bu özəlliyi təyin edən əsas məsələ cins fərqliliyi yox, orqanizmimizdə ki, hormonal nisbətdir. Daha aydın demiş olsam, xarakterimizi qadın olmaq ya da kişi olmaq yox, bədənimizdə ki, qadınlıq və kişilik hormonlarının faiz nisbəti təyin edir. Məhz ona görə də qadın tipli kişilər, kişi tipli qadınlar kifayət qədər mövcuddur. Qadın kitab kimidir, qadın şərab kimidir ifadələri bu məqamda sadəcə olaraq, savadsızlığın nəticəsi kimi gözlər önünə sərilir. Mənə elə gəlir ki, feminizm anlayışının paradoksu da elə burdadır.

Çünki feminizm elmi əsaslarla deyil, hansısa bir təbəqənin mənafeyinə işləyən bir ideyadır. Ona görə ki, bu elmi cəhətdən cinsi ayrı-seçkiliyin ən radikal formasıdır. Belə ki, feminizm fenomeni tarixi səhvi təkrarlamağa şüurlu olaraq yenidən cəhd edir. Sadəcə qadın haqlarını qorumağı iddia etdiyi halda, homoseksuallığı təbliğ etməklə cəmiyyətin psixoloji oriyentasiyasını pozmağa və qadınların ailə də mövcud olan məsuliyyətlərindən boyun qaçırmalarına səbəb olaraq, ailə sisteminin mövcudluğuna zərbə endirmiş olur. Bu isə cəmiyyətin köklü şəkildə degenerasiyası deməkdir. Belə olduğu halda feminizm fenomeni heç də məsum görünmür.

# 3255 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #