“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi
23 aprel 2024
# 18:30

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı silsilə tədbirlər davam edir.

Kulis.az xəbər verir ki, Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin seçim mərhələsi 23 aprel tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional İdarənin rəisi Faiq Xudanlı, hər iki İdarənin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov tədbiri çıxış sözü ilə açaraq müsabiqədə iştirak edən kollektivlərə uğurlar arzulayıb.

Müsabiqənin seçim mərhələsində hər iki Regional Mədəniyyət İdarəsindən olan 7 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri iştirak edib.

İştirak edən xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıblar.

Artıq ənənə halını almış xor müsabiqəsində iştirakçılar uğurla çıxış edib, yeni nailiyyətləri ilə fərqləniblər.

Qeyd edək ki, müsabiqənin seçim mərhələsi 24 aprel tarixində 10 uşaq musiqi və incəsənət məktəbinin iştirakı ilə Ağdaş rayonunda davam etdiriləcək.

# 3218 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər