“Yazı” dərgisinin sayı işıq üzü görüb                           

“Yazı” dərgisinin sayı işıq üzü görüb                           
4 dekabr 2013
# 12:14

“Yazı” ədəbiyyat dərgisinin 8-ci sayı işıq üzü görüb. Dərginin əvvəlində bu ilin ədəbiyyat üzrə Nobel ödülünü qazanmış Kanada ədibi Elis Manronun Araz Gündüzün tərcüməsində iki hekayəsi verilib.

Nəsr bölməsində Fərhad Yalquzağın “Dumana qarşı” romanı, Ramilə Qurbanlının “Müharibə minatürləri”, hərbi jurnalist Vahid Məhərrəmlinin “Ölüm vaxtı” povesti, habelə Ataqam, Sevinc Elsevər, Umbulbanu, Mübariz Örən, Həmid Piri, Məhbubə və Azad Qaradərəlinin hekayələri çap olunub.

“Bir kitab şeir” başlığında oxucular Ziba Xəlilin, poeziya başlığında isə Elşən Əzim, Yasemin Pulat, Fikrət Şahbazlı, Taleh Eminoğlu və Aynur Cavidin şeirlərini oxuya biləcəklər.

“Anım” bölməsində M.Arazın 80 illiyi anılır, “Sözümüzün yiyələri” adı altında CşMəmmədquluzadənin bir hekayəsi və Akif Səmədin şeirləri oxuculara təqdim olunur.

Çevirmə başlığında X.L.Borxesin, C.Coysun Q.Markesin, A.Platonovun, eləcə də professor Rahid Uluselin tərcümə və təqdimatında R.Toqor, C.X.Cibran,C.Meric kimi dühaların əsərləri dərc olunub.

Dərginin essestika və tənqid bölümündə Niyazi Mehdinin, Mətanət Vahidin, Kənan Hacının elmi-tənqidi yazıları verilib.

İstedadlı tənqidçi, BSU Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızına həsr olunmuş bölmədə isə qələm dostlarının, tələbələrinin və mərhumun özünün son yazısı yer alıb.

“Palirta” bölümü rəssam Nəvai Metinin rəsmlərinə həsr olunub.

Dərginin yeni sayında digər yazılarla da tanış olmaq olar.

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”ın və “Qasid”in köşklərindən əldə etmək mümkündür.

# 3207 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər