Akademik Milli Dram Teatrının kollektivi Şəkidə  

Akademik Milli Dram Teatrının kollektivi Şəkidə  
14 sentyabr 2016
# 15:58

Akademik Milli Dram Teatrının kollektivi Şəkiyə yola düşüb. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə kollektiv II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edəcək.

Sentyabrın 15-də başlayacaq “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrının repertuarında olan “Ölülər” tamaşası nümayiş olunacaq.

Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Elşən Rüstəmov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Hicran Nəsirova, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, Aslan Şirin, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Mətləb Abdullayev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova canlandırır.

# 2565 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər