Xalq artisti Türkiyədə beyin əməliyyatı keçirib

Xalq artisti Türkiyədə beyin əməliyyatı keçirib
30 sentyabr 2013
# 14:25

Yaşar Nurinin ölümündən sonra möhkəm stress keçirdim.

Özümü çox pis hiss edirdim, başımda ağrılar vardı. Vəziyyətim qəfil dəyişirdi. Ad çəkmək istəmirəm, amma bunu gizlətməyəcəm ki, bizim həkimlər məni ümidsiz vəziyyətə saldılar, az qala oturub ölümümü gözləyirdim”.

APA-nın məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında xalq artisti Firəngiz Mütəllimova deyib. Onun sözlərinə görə, Türkiyədə beyin kavernomasından əməliyyat olunandan sonra, həyatına olan təhlükə sovuşub: “Mən Türkiyədə olanda haqqımda müxtəlif şayiələr dolaşırdı, əsassız söz-söhbətlər yaranmışdı. İstədim mətbuat konfransı vasitəsi ilə hər şeyə aydınlıq gətirəm. İndi yaxşıyam, işimə davam edəcəm. Altı saatlıq əməliyyatdan sonra canımda olan bütün ağrılar çəkildi. Türkiyəyə getməsəydim, bizim həkimlərin əlində vəziyyətimin necə olacağını bilmirəm”.

Xalq artisti əlavə edib ki, növbəti həftədən Akademik Milli Dram Teatrında və Mədəniyyət və İncəsənət Universitetində işlərini davam etdirəcək. Xatırladaq ki, tibdə beyin kavernoması xoşxassəli, anadangəlmə şiş hesab olunur.

# 3078 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər