Mehriban Ələkbərzadənin özünə cəza verən qadını

Mehriban Ələkbərzadənin özünə cəza verən qadını
16 oktyabr 2017
# 14:30

Tahir Tahiroviç

Gənc Tamaşaçılar Teatrında Mehriban Ələkbərzadənin quruluşunda “Cəza” (müəllif Tamara Vəliyeva) monotamaşasına baxdım. Səhnə traktofkası, işıq və musiqi həllinin mükəmməl olması barədə geniş danışmaq olar. Bir cümlə bəs edir. Rejissor işi sadəcə və sadəcə mükəmməl idi.

Dünyanın ən savadlı kişi həkimi, qadının 9 ay hamiləlik dövründə nələr çəkdiyini bilə bilməz. Çünki o heç zaman hamilə olmayıb. Gənc qadının həyatı boyu başına gələnləri 70 dəqiqə ərzində alaqaranlıq səhnədə tamaşaçıya çatdırmaq, bir nəfərin obrazında 5 nəfəri hiss etmək və yaşamaq aktrisa Kəmalə Hüseynovanın uğuru idi. Təbii ki, tamaşada nəql edilən hadisələr gündəlik olaraq gözümüzün qarşısında cərəyan edir.

Qadının sosial problemləri, yanlış addımları, bəzi kişilərin qadından fiziki əmlak kimi istifadə etməyi yeni mövzu deyil. O da məlumdur ki, sevgi məsələlərində qadınlar kişilərə baxanda daha həssas davranırlar. Qadın ailənin psixi enerjisini təcəssüm etdirir. Qadının ruhi enerjisi necədirsə, özünü nə cür aparırsa, ailədə də eyni ruhi enerji hökm sürür. Əgər qadının psixi enerjisi hər şeyin yaxşı olacağına inanarsa, onda onun müsbətə olan inancı həqiqətən də işə yarayacaq. Bu cür düşünən xanımlar ailəyə uğur gətirir. Amma və lakin bizim qəhrəman düşdüyü sosial çətinliklərdən özünü qoruya bilmir. Ərindən, sonra isə uşaqlarından uzaqlaşır. Məşuqəsiylə bir müddət həyat sürən qadın sonra onun tərəfindən də atılır və anası tərəfindən “üçüncü” dəfə ailə qurmağa məcbur edilir. Üç müxtəlif formatda, mühafizəkar ailə həyatı sürən qadın sonda öz-özünə cəza verir. Finalda özünü asan qadın əslində cəmiyyət tərəfindən asılır.

Bəlkə də tamaşaya baxanlar arasında qadının günahkar olmadığını düşünənlər tapılar... Amma fikrimcə bu tamaşada qadının günahları daha qabarıqdı. Bəlkə də müəlliflər bunu hiss etmirlər. Əsərdə cərəyan edən hadisələr bizim cəmiyyətdə daha real görünə bilər. Avropada belə hadisələr o qədər də baş vermir, versə də ictimailəşmir.

Sözün qısası bu tamaşanı yalnız və yalnız qadın üçlüyü hazırlaya bilərdi. Mehriban, Tamara, Kəmalə... İndi isə oxuculardan bir xahişim var: Mütləq bu tamaşaya baxın, buna dəyər...

# 2080 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər