Frida Kalo və Dieqo Riveraya həsr olunmuş sərgi keçirilib - BAKIDA

Frida Kalo və Dieqo Riveraya həsr olunmuş sərgi keçirilib - <span style="color:red;">BAKIDA
7 iyul 2017
# 10:30

İyulun 6-da Bakı şəhərində “Ləndmark”da görkəmli meksikalı rəssamlar Frida Kalo və Dieqo Riveranın həyatına həsr olunmuş “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı fotosərgi açılıb.

Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən bu sərgidə 100-dək foto yer alıb. Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini çıxış edərək sərginin əhəmiyyətindən danışıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunan səfir bu kimi tədbirlərin ikitərəfli münasibətlərin daha da inkişafı üçün zəmin yaradacağını qeyd edib.

Qeyd edək ki, Dieqo Rivera və Frida Kalo Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindəndir. Onların parlaq şəxsiyyətləri dövrünün müasirlərində müxtəlif hisslər, heyranlıq oyadırdı.

Evləndikləri 1929-cu ildən Fridanın dünyasını dəyişdiyi 1954-cü ilədək, təxminən 25 il ərzində birlikdə olan bu cütlüyün münasibətləri görüşlərin və ayrılıqların sonsuzluğu, sevgi və nifrət, bölüşmək və rəqabət üzərində qurulub. Bu “ittifaq” XX əsrin birinci yarısında Meksikada şəxsi münasibətlərin yeni səhifəsini açıb. azertag/az

# 3418 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər