Qabilin qəbrinin üstü niyə götürülmür?

Qabilin qəbrinin üstü niyə götürülmür?
29 noyabr 2012
# 17:52

Mərhum Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu atasının qəbirüstünün götürülməsinə yardım göstərilmədiyinə görə, Yazıçılar Birliyinin və qurumun rəhbərliyində olan Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Elçini qınayıb.

Qabilin adından yazdığı “O dünyadan birinci məktub” adlı yazısında Mahir bəy atasının qəbirüstü abidəsinin bütün xərclərini ailənin özünün çəkdiyini qeyd edib, Yazıçılar Birliyindən incidiklərini biruzə verib. Məktibda Qabilin adından bildirilib:



“Anara, Elçinə, Fikrət Qocaya və Çingiz Abdullayevə məndən salamlar. Qəbirüstü abidəmi ucaltmağa kömək etmədiklərinə görə incimirəm. Başlarına gələndə onsuz da başa düşəcəklər. Amma mən olsaydım, 4 nömrə Hökumət telefonunun yanından kənara çəkilməzdim. Onlara iki heykəli birdən qoydurardım. Birini Fəxri Xiyabanda, birini də doğulduqları rayonda”.



Ümumiyyətlə, yazıçı və şairlər dünyalarını dəyişdikdən sonra Yazıçılar Birliyi onunların ailələrinə hansısa yardım göstərirmi?

Məsələ ilə bağlı Modern.az Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğludan münasibət öyrənib.

Ə.Əsgəroğlu bildirib ki, Qabil Xalq şairidir və onun qəbirüstünün götürülməsi, harada dəfn olunması dövlətin ixtiyarındadır.


“Amma Yazıçılar Birliyi bu mənada təşəbbüs göstərir və həmişə də göstərib. Birlik ancaq təşəbbüs göstərə bilər, bu haqda yaza bilər və məsələ qaldıra bilər ki, məsələn, qəbirüstü doğum gününə hazır olsa, daha yaxşıdır”, – deyə birliyin rəsmisi qeyd edib. O, Qabillə bağlı belə təşəbbüsün göstərilməməsini izah etməyib.



Ə.Əsgəroğlunun sözlərinə görə, Yazıçılar Birliyi ancaq təşəbbüs göstərə bilər, məsələ qaldıra və müraciət edə bilər: “Yazıçılar Birliyinin elə böyük maliyyəsi yoxdur ki, özünü qabağa versin və bunları etsin. Birlik ailələrə köməklik edə bilməz, buna sadəcə imkan yoxdur”.

# 2450 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər