Sartrın əsəri Sumqayıtda səhnələşdirilib

Sartrın əsəri Sumqayıtda səhnələşdirilib
19 iyun 2019
# 18:20

Sumqayıt Dövlət Dram Teatrı istedadlı gənclərə dəstək olmaq məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı, Əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin tələbəsi Ümid Abbas dünya ədəbiyyatının nəhənglərindən olan Sartra müraciət edərək teatrın əməkdaşlarının köməkliyi ilə "Dəfn edilməmiş ölülər" psixoloji dramını hazırlayıb.

Dram teatrının səhnəsində nümayiş olunan tamaşada rolları Əməkdar artist Cəlal Məmmədov, aktyorlar İlahə Səfərova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Aynur Hümmətova canlandırır. Gənc rejissor dünyanın əzəli və əbədi mövzusu olan ölüm və olum fəlsəfəsini, müharibələrin daim faciə, səfalət və insanlara bəlalar gətirməsi ilə sona yetməsini öz dəsti-xətti ilə həll edir.

Xalq artisti Cənnət Səlimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Fikrət Sultanov, Rusiya Dövlət Teatr və İncəsənət İnstitutunun professoru, Dövlət İmtahan Komissiyasının sədri Aleksandr Barmak, Sumqayıt Dövlət Dram Teatrının direktoru, Dövlət İmtahan Komissiyasının üzvü, Əməkdar artist Mübariz Həmidov, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Sahib Novruzov, gənc rejissorun sənət müəllimi, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digər komissiya üzvləri çıxışlar edərək tamaşa ilə bağlı öz fikir və tövsiyələrini bildirmiş, uğurlu tamaşa ilə əlaqədar quruluşçu rejissoru və Sumqayıt Dövlət Dram Teatrının aktyorlarını təbrik etdilər.

# 3106 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər