143-cü teatr mövsümü Gəncədə açıldı - FOTOLAR

143-cü teatr mövsümü Gəncədə açıldı - <span style="color:red;">FOTOLAR
14 sentyabr 2015
# 15:20

Azərbaycanda 143-cü teatr mövsümünün açılışı Gəncədə əsl incəsənət bayramına çevrildi

Sentyabrın 14-də, Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünun açılışı əsl incəsənət bayramına çevrilib.

Mədəniyyət və Turizm Nazirliyindən Kulisə verilən məlumata görə, mərasim başda nazir Əbülfəs Qarayev olmaqla nazirliyin məsul əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, tanınmış incəsənət xadimlərinin, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanıb.

Sonra mərasim iştirakçıları milli-mənəvi dəyərlərimiz olan tarixi abidələri-çökək hamam, Şah Abbas məscidi, Cavad xan türbəsinə baxdılar.

Bayram tədbiri xalq qəhrəmanı Cavad xanın adını daşıyan küçədə davam etdirildi. Gəncə Dövlət Dram Teatrının aktyorları Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrinin əsərlərindən parçalar nümayiş etdiriblər.

Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə baxıblar, məktəblilərin çıxışlarını dinləyiblər.


Açılış törəni Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Dünya mədəniyyətinə əvəzsiz incilər bəxş etmiş Gəncənin şair və yazıçılarının, o cümlədən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Nigar Rəfibəylinin obrazları canlandırılıb.

Xalq artisti Şahnaz Haşımovanın ifa etdiyi mahnılar iştirakçılarda xoş ovqat yaratdı.


Sonra Məhsəti Gəncəvi Mərkəzi ilə tanışlıq olub. Nazir Əbülfəs Qarayev, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də tanınmış teatr və incəsənət xadimləri mərkəzi gəzərək, burada yaradılan şəraitlə tanış olublar, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar. Mərkəzlə tanışlıqdan sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli önündə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı maraqlı proqramla çıxış etib


143-cü teatr mövsümünün açılışı Gəncə Dövlət Kukla Teatrı kollektivi üçün ikiqat bayrama çevrilib Həmin gün əsaslı təmirdən sonra teatr binasının açılışı olub Aktyorlar binanın qarşısında müxtəlif uşaq tamaşalarından səhnəciklər nümayiş etdiribər.


Teatr bayramı Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün açılışı ilə davam edəcək. Açılışda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

# 2987 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər