APA-nın əməkdaşı qalib oldu

APA-nın əməkdaşı qalib oldu
16 noyabr 2017
# 16:15

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib.

İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda İttifaqın sədri, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.

İclasda iştirak edən Münsiflər heyətinin (Kinorejissor, xalq artisti Oqtay Mirqasım, kinorejissor, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev və Dövlət Film Fondunun əməkdaşı Rəşad Qasımov) qərarı ilə ssenari müsabiqəsinin qalibləri aşağıdakı kimi qiymətləndirilib:

1-ci yer - 1500 manat pul mükafatı (Heç bir ssenari qalib olmayıb)

2-ci yer - 1000 manat pul mükafatı, 24 balla “Şükriyyə taleyim” ssenarisi

3-cü yer - 500 manat pul mükafatı, 23 balla “Bakının su əfsanəsi” ssenarisi

Həvəsləndirici “Ümid” mükafatı - 500 manat pul, 20 balla “Qara Qızıl” ssenarisidir.

Qeyd edək ki, “Şükriyyə taleyim” ssenarisinin müəllifi Cavid Zeynallı, “Bakının su əfsanəsi” ssenarisi Rəşad Şükürovun, “Qara Qızıl” ssenarisinin müəllifi isə Seyram Əmirovdur.

# 2270 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər