Əkrəm Əylislinin yeni əsəri "YAZI" jurnalında

Əkrəm Əylislinin yeni əsəri "YAZI" jurnalında
8 iyul 2014
# 10:33

“Yazı” ədəbiyyat dərgisinin 10-cu sayı işıq üzü görüb. Baş redaktorun qeydləri ilə açılan dərginin rubrikaları yenə rəngarəngdir.

“Sözümüzün yiyələri” bölümü Y.V.Çəmənzəminli və Səməd Mənsura həsr olunub.

“Bir şeir” başlığında oxucular Adil Mirseyid və Əsəd Qaraqaplanın, “Bir kitab şeir”də gənc şair Qismətin, poeziya bölümündə Sevinc Elsevər, Aybəniz Əliyarlı, Arif Fərzəli, Aqşin Evren, Taleh Eminoğlu, Mehamn Qaraxanoğlu, Ruzbeh Məmməd, Müşfiq Mayıloğlu və Oğuz Ayvazın şeirlərini oxuya biləcəklər.

Nəsr bölümündə Azər Abdulla, Sevinc Elsevər, Ülviyyə Tahir , Mübariz Örənin hekayələri, Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” uzun hekayəsi və Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının davamı verilmişdir.

Çevirmə başlığında görkəmli Livan yazıçısı Mixail Nuaymənin “Mitrdadın kitabı” romanının əvvəli (tərcüməçi Fərzux Seyidbəyli), Ziqmund Freydin məşhur mühazirələri (Araz Gündüzün tərcüməsində) və türkiyəli yazıçı Ahmet Yıldızın ədəbi görüşlərindən nümunələr (Samir İlqaroğlunun tərcüməsində) dərc olunub.

Klassika bölümündə R.Akutakavanın hekayəsi və A.Kamyunun “Kaliqula” pyesi barədə fikirlər yer alıb.

“Nəfəslik” rubrikasında N.Hikmətin və Əli Kərimin eyni motivli şeirlərini oxumaq olar.

“Güney sovqatı” rubrikasında Ülkər Ucqar, Mahnı Zənqanlı, Məlihə Əzizpur və Sayman Aruzun şeirləri verilib.

“Palirta” bölümündə sürrealist rəssam İmran Nurəliyevin yaradıcılığı haqqında məlumatla və rəsmlərindən nümunələrlə tanış olmaq olar.

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım” və “Əks-səda” (metroların yaxınlığındakı yaşıl köşklər) yayım firmalarının köşklərindən əldə etmək mümkündür.

# 2713 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər