Lotu çox biədəb sözdür - Professor yazır...

Lotu çox biədəb sözdür - Professor yazır...
11 avqust 2021
# 13:31

"Lotu" sözünün mənşəyini dəqiq bilsələr, bu sözü, ümumiyyətlə, işlətməzlər, yaxud da mənasına uyğun dilə gətirərlər.

Amma nə edəsən ki, bəzi sözlər təhrifli anlamda dilimizdə vətəndaşlıq qazanıb. Bu söz də eləcə.

Sözün etimolojisində ərəbcə "la:ta" feili - bir nəsnəyə "yapışmaq", yaxud "ehtirasla yapışıb qalmaq" mənaları dayanır.

Söz isə ərəb tələffüzündə "lu:ti:" kimi səslənir və ərəbcə izahlı lüğətlərdə "Lut", Bibliyada "Lot" peyğəmbərin soydaşlarına qarşı törətdikləri məlum əxlaqsız hərəkətin yiyəsinə aid işlənir.

Söhbətin hansı əxlaqsızlıqdan getdiyi bəllidir.

Sözlərin bir dilə başqa dillərdən təhrifli məzmunda keçməsinə dair misallar çoxdur.

Biri də "arvad" sözü.

Ərəbcə "aurat", yəni əski dilimizcə "övrət", əslində, "ayıb yer" mənasında "cinsi orqan" bildirir. Niyə "ayıb yer"? Çünki örtünməsə ayıb olar - izahı belə verilir. "Qadın", "xanım" olan yerdə bu arvaddan tədricən imtina vərdişə çevrilsə, məncə, pis olmaz.

Ərəblər eşitsə ki, kimsə öz xanımına, yaxud başqa bir qadına "arvad" deyir, yaxud da kimsə asıb-kəsən qoçuları "lotu" adlandırır, bir başqa nadan "lotu"luğu ilə öyünür, uğunub gedərlər.

# 6332 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər