Şokolad dadırsan dodaqlarımda - Gülsadədən yeni şeirlər

Şokolad dadırsan dodaqlarımda - Gülsadədən yeni şeirlər
15 yanvar 2020
# 17:51

Kulis.az Gülsadə İbrahimlinin şeirlərini təqdim edir.

Rep

Fırtınaları içimdə qopub dənizin,
Dalğalarına qadınlığımı tapşıracam.
Bu gecə içmək istəyirəm fahişələşmiş əllərimin ölümünə.
Sağ çıxmayacağıq bu savaşdan...
Bir bar masasında qusacam yoxluğunun mədə bulandırıcı zəhərini üzünə.
Rəngi qaçacaq sifətimin,
Bir siqaret yandırıb, tüstüsündə gizlədəcəm ölümümü.
Bir qadın öləcək- əlləri günahkar, ayaqları ədəbsiz,
Dodaqları ucuz...
Bir qadın öləcək- gözləri qonur, ürəyi kişi, sevgisi səmavi.
Sənsə... hansısa axmağın yatağını isidəcəksən bəsit orqazm xətrinə.
Rəzil bir təkliyin ölümlüsüsən ancaq.
Gecənin yaxasını söküb
Beyninə batacaq TALADRO... yırğalanacaq sərxoş ruhum;
“...küçük hesaplar peşinde tüm bildiklerim...”
Bir qol dolanacaq belimə... bir göz arsızlığıyla soyunduracaq ruhumu.

Qış təkliyi

Ağaclar qışdan üşüyür, mən yoxluğundan.
Yazın son günləri düşür pəncərəmin gözündən
Sarı-sarı vərəqlərdə.
Evimdə son bahar, yatağımda bir nəfəslik tənhalıq.
Külək qudurmuş it kimi küçələri yalayır.
gecənin qoynuna qısılıb gecə lampaları.
Yatağını yaran çay kimiyəm, içimi qazıram.
Soyuq noyabr axşamı... formasına sığınıb gözətçi polis...
Gecənin yükünü alıb çiyinlərinə.
Körpələr qış nağıllarına aldanıb ana qucaqlarında...
Və mən sənə öz nağılımı yazıram:”Bu gün də gəlmədi...

Son şansımızdık

Aşkdan zefk almak için son şansımızdık.
Ruhumuza dokunamazken kimse ,
tenimizde islah oluyordu tutkularımız.
Sana kadar kaç günah işledim ,
kaç ölümlünün cennet arzusuydum..
Bana kadar kaç kadının pişmanlığıydın, bilemem.
Fahişe edasıyla üstümüze yürürken gerçeklerimiz,
aşkdan kaçamayız.
İçimizde soytarı müstakilliyi,
şimdi yasakları bozma zamanı!
Tut ellerimden, ruhumun uçurum kenarındayken.
Koynunda uslandır hırçınlıklarımı.
Bakir yalnızlıkların ölümünü kutlayalım tüm Azizler adına,
kadehler kaldırıb güneşin şerefine !!!

Şokolad

Hələ də

şokalad dadırsan dodaqlarımda...

Eyni ayrılığın frekansı

Gedənlər bilirmi geridə qalanların hər nəfəsdə öldüyünü?
Eyni ayrılığın frekansında
daha neçə mahnıyla asacayıq xəyallarımızı?
Ən son öpdüyün yedən ağrıyıram,
Hər dəfə əllərim toxunanda çiyinlərimə.

# 5585 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər