Puşkinin axtardığı o azərbaycanlı alim kim idi? –Bilmədiyimiz fakt

Puşkinin axtardığı o azərbaycanlı alim kim idi? –Bilmədiyimiz fakt
14 iyul 2021
# 10:13

Puşkin 1833-cü il sentyabr ayının 5-də Kazana gəlib. Həmin axşam Kazanın görkəmli adamları keçmiş rektor Fuksun evinə yığışıblar. Görüşdə Universitetin rektoru Lobaçevski, professorlar Suravsev, Pertsov və Mirzə Kazımbəy iştirak ediblər. Puşkin Kazımbəyə Şərq ədəbiyyatından çoxlu suallar verib. Sədidən, Ömər Xəyyamdan söhbət açıb. Kazımbəy şairə deyib ki, Sədinin "Gülüstan"ını rus dilinə tərcümə edib. Mirzə Kazımbəy: "Puşkin bu tərcümə ilə çox maraqlandı...Mən Şərqi, onun şeirini çox sevirəm, - deyə Puşkin sözünə davam etdi - əfsus ki, bütün bunlar mənimçün bağlı bir qapıdır. Puşkin bildirdi ki, yeri gəldikcə o, Şərq şairlərinə müraciət edir, onlardan nümunələr gətirir, çox şeylər öyrənir...Şair "Quranın rus dilinə tərcüməsi ilə də tanışam"- dedi.

Maraqldır ki, Puşkin Peterburqda yaşamış Mirzə Cəfəri xatırlayıb:

- Siz, cənab professor, Peterburqda yaşayan Mirzə Cəfəri yəqin ki, tanıyırsınız?

- Tanıyıram, yaxşı tanıyıram, Universitetin professorudur... Mənim də yerlimdir.

- Onun yazısının mənə olan təsirindən yəqin ki, xəbəriniz yoxdur...

- Yox eşitməmişəm...

- Mənim bir şeirim var... Bu şeirin səbəbkarı Mirzə Cəfərdir...

Kazımbəyin ürəyi fərəhlə doldu. Həmyerlisnin bu böyük şairə təsiri ona qüdrət verdi. Puşkin Kazımbəyə Sədinin, Xəyyamın rus dilində əsərlərinin olmamasından şikayət etmişdir: "Rusiya öz inkişafı yolunda Şərq ədəbiyyatı gülzarından çox az çiçək dərmişdir”.

E.Əliyev

Mirzə Cəfər Topçubaşov

# 4410 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər