Gürcüstanın xalq artisti Niyazi adına Simfonik Orkestri ilə çıxış edəcək

Gürcüstanın xalq artisti Niyazi adına Simfonik Orkestri ilə çıxış edəcək
13 noyabr 2012
# 10:38
Dünya şöhrətli vokalçı, Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvilli Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri ilə çıxış edəcək.

Bu barədə APA-ya tanınmış musiqiçi, Azərbaycan Televiziya və Radiosunun Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Televiziya və Radiosunun Musiqi kollektivləri böyük tarixi sənətkarların ilk sənət ocağı olub: “Televiziya və Radionun Musiqi kollektivləri daim milli dəyərləri özündə əks etdirən, əsası dahi Üzeyir bəy tərəfindən qoyulan sənət məbədgahıdır. Ölkəmizin inkişafı dünyanın müxtəlif ölkələri ilə sıx əlaqələri bizi çox sevindirir”.

Kollektiv rəhbəri əlavə edib ki, Teymuraz Ququşvilli ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri, Cahangir Cahangirov adına xoru və görkəmli bəstəkar Səid Rüstəmovun adını daşıyan Xalq Çalğı Alətləri orkestri ilə çıxış edəcək. Bu yaxınlarda 86 yaşını qeyd edən Azərbaycan Radiosu və 56 yaşını qeyd edən Azərbaycan Televiziyasının bayram konsertində Teymuraz Ququşvilli təbrik üçün uğurla çıxış edib.

Qeyd edək ki, T.Ququşvilli Gürcüstanın xalq artisti, professor, Dövlət mükafatı laureatı, Mendeleyev adına Kimya Moskva İnstitutunun fəxri professorudur, Gürcüstanın “Şərəf” mükafatına layiq görülüb.
# 2932 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər