İlyas Tapdığın yaradıcılığının 60 illiyi qeyd olundu

İlyas Tapdığın yaradıcılığının 60 illiyi qeyd olundu
20 iyul 2012
# 15:58
Gədəbəy Rayon Mədəniyyət Sarayında tanınmış şair, Prezident təqaüdçüsü İlyas Tapdığın yaradıcılığının 60 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Lent.az-ın məlumatına görə, "Gədəbəy - Azərbaycanın Əfsanələr Paytaxtı - 2012" çərçivəsində rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşən tədbir rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun iştirakı ilə baş tutan yubiley tədbirində yerli və qonaq musiqiçilər çıxış etmiş, İlyas Tapdığın şeirləri səsləndirilib.

Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Şur” nəşriyyatının direktoru, şair Musa Ələkbərli, şairlər Hacı Loğman Göyçəli, Məmməd Dəmirçioğlu və başqaları çıxış edərək şairin yaradıcılıq səhifələrindən söz açıblar. Çıxış edənlər rəngarəng proqramlı tədbirin təşkilinə görə Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinə təşəkkürlərini bildiriblər.

Tədbirdə həmçinin, Əməkdar mədəniyyət işçiləri Aşıq İsfəndiyar, Aşıq Sayad, Aşıq İmamverdi, həmçinin Aşıq Qələndər, Aşıq Dəmir, Aşıq Azər, Aşıq Vüqar, Aşıq Anar, Aşıq Mübariz və başqaları İlyas Tapdığın şeirlərini müxtəlif aşıq havalarında ifa ediblər.
# 1897 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər