Həbs olunmuş şairlərlə görüş gələn həftə olacaq

Həbs olunmuş şairlərlə görüş gələn həftə olacaq
19 iyul 2012
# 16:47
Ailələri Fərid Hüseyn və Şəhriyar del Gerani ilə görüşmək üçün İrana getməyə hazırlaşır. İyulun 19-da “Media forum” saytına açıqlama verən Şəhriyar del Geraninin atası Hacı Mail Hacıyev deyib ki, iyulun 27-də İrana yollanacaqlar: “Dünən axşam Azərbaycanın Təbrizdəki konsulunun mavini evimizə zəng vurdu. Övladımızla görüşmək üçün şərait yaradıldığını, bizi İranda gözlədiyini bildirdi.

Daha əvvəl isə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Fəridin dayısı ilə bu baradə danışıb. Biz artıq İrana getməyə hazırlaşırıq. Ayın 24-də İranın Azərbaycandakı səfirliyinə gedəcəyik. Orada bizə neçə nəfərin gedə biləcəyini söyləyəcəklər”.

Gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar. İyulun 3-də İranın “Press TV” kanalı şairlərlə bağlı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir. İddiaya görə, Azərbaycan yazarları Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə hərəkət ediblər və İranda yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar.


"Media forum"
# 1914 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər