İsrail Vudi Allenin izində

İsrail Vudi Allenin izində
19 iyul 2012
# 10:20
Vudi Allen öz filmlərində London, Paris, Barselona və Roma kimi şəhərləri çəkib. Amma sonradan bir çox başqa şəhər də bu sıraya əlavə olundu.


İllər boyu filmlərində Nyu Yorka geniş yer verən tanınmış rejissor Vudi Allen, karyerasının sonlarında London, Paris, Barselona və Roma kimi Avropa şəhərlərini də lentə alıb.


Allen Avropa şəhərlərini seçməsinə səbəb kimi filmlərinin çəkildiyi ölkələr tərəfindən maliyyələşdirilməsini açıqladıqdan sonra Los Angelesdə nəşr olunan “Jewish Journal”ın redaktoru Rob Eşman, məşhur rejissorun İsraildə film çəkməsi üçün kampaniya başladıb.


Allenin Tel-Əvivdə və ya Qüdsdə film çəkməsini istəyən Eşman, “İsrailli rejissorlar İsrail haqqında bir film çəkərkən filmlərin çoxu döyüş səhnələri ilə zəngin olur. Vudinin insan haqlarına həsr etdiyi filmləri isə həyat dolu olur. Toxunduğu hər şeyi romantikləşdirir. Allenin filmi israilli insanların daha yaxın hiss edə biləcəyi bir yer olaraq göstərəcəkdir” deyib.

Vudi Allen filmləri orta hesabla 18 milyon dollarlıq bir büdcəylə çəkildiyindən, “Jewish Journal” da kampaniya hədəfini 18 milyon dollar olaraq açıqlayıb. Yəhudilərə yaxın olan proyektləri dəstəkləyən Jewder.com adlı sayt vasitəsilə 9 milyon dollar toplanıb. Qalan məbləğin isə iş adamları tərəfindən yığılması gözlənilir.

“Xaartz”ın verdiyi xəbərə görə, İsrail prezidenti Şimon Peres də Alleni İsraildə film çəkməyə inandırmaq üçün hərəkətə keçib. Keçən aylarda Allen ilə görüşən Peres, məşhur rejissora Tel-Əvivdə özünü evindəki kimi hiss edəcəyinə təminat verib. Qüds Bələdiyyəsinin sədri Nir Barkat da Ş. Peresi dəstəklədiyini söyləyib.

Vudi Allen milliyətcə yəhudidir.
# 1999 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər