"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib
8 noyabr 2025
# 10:40

Nizami Kino Mərkəzində "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Zəfərin 5 illiyinə həsr olunmuş filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır.

Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və s. məkanlar lentə köçürülüb. Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.

Müəllif M. Əsgərov məlumat verib ki, bu film Azərbaycan tarixini əhatə edir:

"Baş vermiş hadisəni tarixə çevirmək üçün çalışdıq. Filmin mövzusu əsir və girovlar barəsindədir. Şuşa həbsxanasının azad olunanda film çəkilib. Dilqəm Əsgərovla oraya getdik və o, bütün yaşadıqlarını danışdı. Dilqəmin keçdiyi yollar səhnələşdirilib".

O məlumat verib ki, filmin çəkilişləri 2021-ci ildə başlayıb.

Filmin əsas obrazı olan Dilqəm Əsgərov qeyd edib ki, bu gün torpaqlarımız azad olunduğu üçün çox sevinclidir:

"Sevinirəm ki, artıq torpaqlarımız azaddır. Mənim üçün o dövr çox çətin idi. Torpaqlarımız işğal altında olan mən hər bir azərbaycanlı kimi pis olurdum. Mən əsir düşdüm, Xankəndidə apardılar. 1 il ac qaldım, mənə təxmini 1-2 qaşıq makaron verdilər. Toka verdilər, çalışırdılar ki, xalqımızın, ölkəmizin əleyhinə danışım. Qarabağa "Artsax" deyim. Şuşaya "Şuşi" deməyimi istədilər. Belə işgəncələr oldu".

O həmçinin həbsxanada olan zaman 44 günlük Vətən müharibəsinin başladığını biləndə keçirdiyi hislərdən danışıb:

"Mən həbsxanada bu səslərin nə olduğunu soruşamda deyirdilər ki, poliqondakı səslərdir. Amma mən bilirdim ki, əsgərlərimiz torpaqlarımızı azad etməyə başlayıblar. Sevincimin həddi-hüdudu yox idi. Biz qələbə çaldıq".

Qeyd edək ki, film Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Audiovizual Şura, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, "Qulp" Studiyası və "Referans Medical Group"un birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib.

# 1280 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər