YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı
13 iyun 2026
# 12:30

YARAT Müasir İncəsənət Məkanında Fırat Arapoğlunun kuratorluğu ilə “Proqramlaşdırılmış izlər” qrup sərgisi və Ceyms Patnemin kuratorluğu ilə hazırlanmış britaniyalı rəssam Met Kollişounun “Errata” adlı genişmiqyaslı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, Bolqarıstanın yeddi aparıcı rəssamının – Albena Bayeva, Jelko Terziyev, Kalina Dimitrova, Krassimir Terziyev, Marta Djurina, Nadejda Lyaxova və Pravdolyub İvanovun əsərlərini bir araya gətirən “Proqramlaşdırılmış izlər” sərgisi nəzarət sistemləri, texnoloji vasitəçilik və situativ bilik istehsalı formalarının təsiri altında müasir vizual mədəniyyətin, qavrayışın və subyektivliyin necə transformasiya olunduğunu araşdırır.

"Errata" sərgisi isə tamaşaçıları süni intellekt və sosial şəbəkələrlə bağlı görünməz güc strukturları ilə üz-üzə qoyaraq, insan innovasiyalarının gözlənilməz nəticələrinin sonda nəyə gətirib çıxara biləcəyi barədə düşünməyə sövq edir.

Sərgilərin açılışından əvvəl YARAT Müasir İncəsənət Mərkəzində rəsm və incəsənət mütəxəssisi Mina Abbasova Orucovanın moderatorluğu ilə rəssamların panel müzakirəsi təşkil olunub. Bildirilib ki, sərgidə təqdim olunan əsərlər müasir dövrdə insan və texnologiya münasibətlərinin mürəkkəb qatlarını üzə çıxararaq, rəqəmsal mühitin gündəlik həyatımıza təsirini bədii prizmadan şərh edir. Eyni zamanda, layihə fərdi yaddaş, müşahidə və reallıq anlayışlarının texnoloji təsirlər fonunda necə yenidən formalaşdığını izləmək imkanı yaradır.

Daha sonra "Proqramlaşdırılmış izlər” qrup sərgisinin və “Errata” adlı genişmiqyaslı fərdi sərginin açılışı olub.

Sərgilər oktyabrın 25-dək davam edəcək.

# 742 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər