Uşaqlar üçün xüsusi proqram hazırlanıb

Uşaqlar üçün xüsusi proqram hazırlanıb
17 noyabr 2017
# 16:36

Azərbaycan Milli İncəsənət Muzeyi uşaqlar üçün yeni proqram tərtib edib.

Muzeydən kulis.az-a verilən xəbərə görə, bir gцn - noyabrın 18-də muzey qapılarını “Min bir gecə: sehrli xəzinə” proqramı ilə uşaqlara açacaq. Proqram dekorativ və tətbiqi sənət haqqında uşaqların məlumatlandırılması, milli rəmzlərin tanıdılması, estetik zövqün formalaşdırılması kimi məqsəd daşıyır.

Uşaqların payız tətili günlərində muzeylərə gəlməsi üçün muzey əməkdaşları xüsusi məşğələlər düşünüblər.

Saat 11.00 dan başlayan proqrama “Sehirli çıraq”, “Toxun və duy”, “Milli rəmzimiz buta”, “Öz butanı yarat”, “Pazl”, “Naxışı tamamla”, “Xalçanı toxu” aktivitələr, ənənəvi tikmə sənətinin nadir nümunələri ilə tanışlıq, xalçaçılıq, milli ornamentlər, ağac üzərində oyma sənəti haqda mühazirələr və s. aiddir.

Proqram 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Həmçinin, muzey rəhbərliyi muzeyə ailəvi baş çəkmək üçün xüsusi qiymət müəyyənləşdirib.

Belə ki, muzeyə giriş biletinə görə ödəniləcək məbləğ hər uşaq üçün beş manat, böyüklər üçün isə bir manatdır.

# 2548 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər