“Türkologiya” jurnalı impakt faktor statusu qazanıb

“Türkologiya” jurnalı impakt faktor statusu qazanıb
13 noyabr 2017
# 10:39

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı cari ilin oktyabr ayında növbəti dəfə beynəlxalq uğur qazanıb. Kulis.azın məlumatına görə jurnal SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb.

Bununla bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı bu ilin oktyabr ayında SAJİ indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb və jurnal ilkin olaraq SAJİ-nin 1,765 indeksinə layiq görülüb. SAJI (Scholar Article Journal Index) Hollandiyada (Amsterdamda) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir. SAJİ elmi jurnallara indekləşdirmə xidməti göstərir və jurnalların impakt faktorunu, onun yüksək səviyyəsini və üstünlüklərini təyin edir. Burada müxtəlif sahələrlə bağlı minlərlə jurnallar var. SAJİ-nin əsas xidməti müəlliflər üçün elmi məqalənin nəşri və istinad olunması üçün müvafiq jurnalları tapmaqda onlara köməklik göstərməyindən ibarətdir.”

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunduqdan sonra AMEA Rəyasət Heyətinin müvafiq qərarı istiqamətində dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına qərar verilmişdir.

“Türkologiya” jurnalının ildə dörd sayı (mart, iyun, sentyabr, dekabr aylarında) nəşr olunur.

Jurnalla bağlı daha ətraflı məlumatı jurnalın elektron adresindən (“www.turkologiya.org”) əldə etmək mümkündür.

# 2352 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

11:05 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər