Rus və azərbaycanlı ifaçılar eyni səhnəni bölüşəcək

Rus və azərbaycanlı ifaçılar eyni səhnəni bölüşəcək
16 avqust 2019
# 13:24

Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

Kulis.az-ın Mədəniyyət Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 23-də təşkil olunacaq konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bəstəkar Azər Dadaşovun Fortepiano və orkestr üçün konsertini, tanınmış rusiyalı violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini ifa edəcəklər.

Bundan başqa, konsertin proqramına görkəmli bəstəkarlar Karl Yenkinsin simli orkestr üçün “Palladio” və Paul Hindemitin simli kvartet üçün “Minimax” əsərləri də daxildir.

Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

# 3900 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər