Tokay Məmmədov dəfn olunub - YENİLƏNİB

Tokay Məmmədov dəfn olunub - YENİLƏNİB
3 may 2018
# 14:46

Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov II Fəxri xiyabanda dəfn olunub.

APA-nın məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidenti Katibliyinİn rəisi Dilarə Seyidzadə, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edib.

Nazir Əbülfəs Qarayev Tokay Məmmədovu görkəmli heykəltəraş və pedaqoq kimi dəyərləndirib: "Tokay Məmmədovun yaratdığı heykəllər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. Tokay Məmmədov təhsilini Bakıda və Rusiyada alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənib. Uzun illər Azərbaycanda rəssamlıq məktəbinin formalaşmağında əziyyət çəkib. O, hər zaman gənc nəsillərlə təmasda olub, onlara dərs deyib. Tokay müəllimin yaradıcılığı dövlətimizin hər zaman diqqətində olub. Allah ona rəhmət etsin".

Xalq rəssamları Ömər Eldarov, Ağaəli İbrahimov, millət vəkili Rafael Hüseynov, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Tokay Məmmədovla bağlı xatirələrini danışıb, onu insan və sənətkar kimi yüksək qiymətləndiriblər.

Sənətkarın oğlu Cahangir Məmmədov Tokay Məmmədovun xatirəsinə olan hörmət və ehtiram hissinə görə ailəsi adından Azərbaycan prezidentinə və vida mərasiminə toplaşanlara təşəkkürünü bildirib.

***

12.31

Təzə Pir məscidində xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovla vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və ictimaiyyət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edir.

Saat 12:00-dan 14:00-dək davam edəcək vida görüşündən sonra görkəmli sənətkarın cənazəsi torpağa tapşırılmaq üçün II Fəxri Xiyabana aparılacaq.

Tokay Məmmədov mayın 2-də 91 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir çox heykəllərin və qəbirüstü abidələrin, o cümlədən, Nəsimi, Məhəmməd Füzuli, Məşədi Əzizbəyov, Üzeyir Hacıbəyov, Koroğlu və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir.

# 2200 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər