Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olundu

Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olundu
28 noyabr 2023
# 10:25

Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Toplantısında Türk ölkələrinin Dövlət Başçıları tərəfindən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.

Kulis.az xəbər verir ki, fondun prezidenti Aktotı Raimkulova Türk Dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə Günay Əfəndiyevaya minnətdarlığını bildirib.

Günay Əfəndiyeva Aktotı Raimkulovaya təşkilatın fəaliyyətlərinin davam etdirilməsində uğurlar arzulayaraq, vəzifə müddətində böyük sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib.

Fondun prezidenti Aktotı Raimkulova təşkilatın Türk Dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.

# 2292 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər