Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu

Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu
4 mart 2026
# 14:30

Misirdə bir tur bələdçisi sosial şəbəkələrdə yayılan videodan sonra həbs edilib.

Kulis.az xəbər verir ki, görüntülərdə həmin şəxsin Sakkarada yerləşən Unas piramidasının divarına çöp adam fiquru çəkdiyi iddia olunur.

Əvvəlcə “X” platformasında paylaşılan videoda bələdçi eramızdan əvvəl XXIV əsrdə inşa edilmiş Unas piramidasına fiqur çəkərkən görünür. Hadisə zamanı onun turistlərə izah verdiyi, daha sonra isə çəkdiyi rəsmi əli ilə silməyə çalışdığı əks olunub. Unas piramidası Giza piramidalarından çox uzaq olmayan Sakkara nekropol kompleksində yerləşir.

Video qısa müddətdə yayıldıqdan sonra Misir polisi bildirib ki, Sakkara Turizm Polisi bölməsinə abidələr üzrə müfəttiş tərəfindən şikayət daxil olub. Misirin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, tur bələdçisi yanında olan turist qrupuna izah vermək məqsədilə piramidalardan birinin xaricinə rəsmlə zərər vurub.

Rəsmin sonradan silindiyi, bələdçinin isə hadisəni etiraf etdiyi bildirilib.

Nazirlik həmin şəxs barəsində hüquqi tədbirlər görüldüyünü açıqlasa da, konkret hansı cəzanın tətbiq edildiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Misirin 1983-cü il tarixli Qədim Əsərlər Qanununa əsasən, tarixi abidələrin korlanması bir ilədək həbs və 500 min Misir funtu (təxminən 10 400 ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırıla bilər.

# 901 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər