“Sözüm-söhbətim Ağbaba” kitabının təqdimatı oldu

“Sözüm-söhbətim Ağbaba”  kitabının təqdimatı oldu
31 mart 2026
# 18:21

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov Səmiminin 70 illik yubileyinə və müəllifin “Sözüm-söhbətim Ağbaba” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Tacir Səmiminin Azərbaycan aşıq poeziyasının araşdırılması və təbliği sahəsində uzunmüddətli fəaliyyətindən bəhs edən natiqlər onun elmi yaradıcılığının milli-mənəvi dəyərlərin qorunmasında rolunu xüsusi qeyd ediblər.

Natiqlər yubilyarın apardığı tədqiqatların aşıq sənətinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində müəllifin “Sözüm-söhbətim Ağbaba” kitabı təqdim olunub, nəşrin məzmunu və folklorşünaslıq baxımından əhəmiyyəti barədə məlumat verilib.

Həmçinin Tacir Səmimiyə Azərbaycan aşıq poeziyasının inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə və 70 illik yubileyi münasibətilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin fəxri diplomu təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

# 987 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər