Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi
7 oktyabr 2026
# 18:30

Azərbaycan Milli Kitabxanasında professor Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixinin görkəmli tədqiqatçısı, alim və pedaqoq kimi fəaliyyətindən bəhs edib, onun jurnalistikanın tanınmış simalarının irsinin araşdırılmasına, elmi kadrların yetişdirilməsinə və gənc jurnalistlərdə milli dəyərlər, vətəndaşlıq və obyektivlik prinsiplərinin formalaşdırılmasına verdiyi töhfələri vurğulayıb.

Professor Kərim Tahirov “İstiqlal söhbətləri” kitabının Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Əməkdar jurnalist Mirşahin Ağayevlə ANS TV və Real TV-də apardığı canlı söhbət və müsahibələr, eləcə də “YouTube”da yayımlanmış səs yazılarının mətnləri əsasında hazırlandığını, bu söhbətlərdə Azərbaycanın son iki əsrlik tarixində baş vermiş mühüm hadisələr, milli istiqlal ideyasının təşəkkülü, dövlətçilik ənənələrimiz və milli mətbuatın bu proseslərdəki rolu barədə alimin dəyərli fikirlərinin öz əksini tapdığını qeyd edib.

# 54 dəfə oxunub

Oxşar xəbərlər

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
525 nadir əlyazma əsər rəqəmsallaşdırıldı

525 nadir əlyazma əsər rəqəmsallaşdırıldı

15:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər