“Şər” filminin yeni bölümünün premyerası olacaq

“Şər” filminin yeni bölümünün premyerası olacaq
29 iyul 2022
# 18:20

“AMC Networks”a məxsus “Şər: V/H/S/99” adlı qorxu filminin yeni bölümünün premyera tarixi açıqlanıb.

Kulis.az xarici KİV-lərə istinadla xəbər verir ki, yeni bölümün premyerası 2022-ci il oktyabrın 20-də olacaq. Ekran əsərinin yeni beşinci bölümünün yaradılmasında bir neçə məşhur rejissorlar Meqqi Levin, Yohannes Roberts, Flainq Lotus, Tayler Makİntayr və Vanessa Vinter iştirak ediblər.

Ssenarisi Saymon Barrett tərəfindən yazılmış filmin bütün bölümlərinin süjet xətti həyəcanverici hadisələrlə davam edir. Ekran əsəri izləyiciləri videolent avadanlıqları olan dövrün son günlərinə aparır. Yeniyetmənin hazırladığı video bir sıra dəhşətli hadisələrin başlanğıcı olur.

Qeyd edək ki, "Şər" filminin ilk əsas bölümü 2012-ci ilin oktyabr ayında kütləvi nümayişə buraxılıb. Filmin bütün bölümləri izləmə rekorduna imza ataraq böyük marağa səbəb olub.

# 2439 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər