Ramazan və Novruz bayramları münasibəti ilə bayram konserti keçirildi

Ramazan və Novruz bayramları münasibəti ilə bayram konserti keçirildi
23 mart 2026
# 15:18

Martın 21-də Cəbrayıl rayonunda Ramazan və Novruz bayramları münasibəti ilə geniş bayram konserti keçirilib.

Kulis.az xəbər verir ki, bayram konsertində bir sıra tanınmış sənət adamları iştirak edərək rəngarəng ifaları, çıxışları ilə xoş ovqat yaradıblar.

Şənlikdə folklorumuzun qədim ənənələrini əks etdirən müxtəlif el oyunları, səhnəciklər təqdim olunub, bayram atributları ilə bəzədilmiş fayton və atlıların müşayiəti ilə meydana təşrif edən Dədə Qorqud, şah, vəzir, cəllad obrazında aktyorlar, ozanlar çıxış edərək tamaşaçılara xoş əhval bəxş ediblər.

Hazırda Cəbrayıl şəhərində yaşayan rayon sakini Elçin Mikayılovun təşkilatçılığı və şəxsi təşəbbüsü sayəsində baş tutan şənlikdə Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Fərzalı Abbasəlioğlu, Əməkdar artist Sevinc Sarıyeva, qarmon ifaçısı Rəhman Cəbrayıllı, kaman ifaçısı Xətayə Cəfərova, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Natiq Həziyev, xanəndə Xasay Şıxıyev, IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı Yusif Cəfərbəyliyev, saz ifaçısı Rəvan Musalı, Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin kollektivi, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdləri və başqaları iştirak ediblər.

Axşam saatlarına qədər davam edən bayram şənliyi Novruzun əlaməti hesab olunan tonqalların qalanması, atəşfəşanlıq və milli musiqlərin sədası altında başa çatıb.

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər