Qənirə bacı, az olmadı ki? - Şəhriyar Del Gerani

Qənirə bacı, az olmadı ki? - Şəhriyar Del Gerani
29 sentyabr 2023
# 10:00

Kulis.az Şəhriyar Del Geraninin dünən vəfat edən Millət vəkili Qənirə Paşayeva haqqında xatirəsini təqdim edir.

İl 2015, payız. Əvəzsiz tele-jurnalist İlhamiyyə Rza növbəti sosial layihələrindən birini edir. İndiki “Ağ Şəhər” ərazisindəyik. Mən də dəvət olunmuşam, Qənirə xanım da ordadır. Kimsəsiz ailə, kömək etmək gərək. Məsələn, ailənin övladını normal şəkildə oxutmaq lazım bir məktəbdə. İlhamiyyə xanım həll edib bütün əsas məsələləri, qalıb detallar. Sizə danışıram aşağı-yuxarı 10 il qabaqdan. Dünyanın düz vaxtı. Xülasə, Qənirə xanım da digər nüansları həll etdi yerindəcə. Üstəlik, kifayət qədər ciddi bir məbləğ yardım etdi ailəyə öz cibindən. Deməli, məkandan uzaqlaşırıq, hərə öz ünvanına. Maşını işə salıb yoluma düzəlirəm, qəflətən qabağımı kəsir Qənirə xanımın sürücüsü, pəncərəni endirib susur.

- Buyurun… - deyirəm,

Arxa pəncərədən məlahətli səsi eşidilir:

- Deyirəm, qardaş, az olmadı ki?

Məbləği mən görmüşdüm, ona görə soruşur. Düzü, heç nə demirəm. Tərəddüdlə susuram. Sürücü yaxınlaşır az sonra, paket uzadır, qayıdır rula. Uzaqlaşırlar məndən. Zərfi açıram, yenə bir miqdar pul. Aparıb təyinatı üzrə İlhamiyyə xanıma verirəm. O da öz növbəsində yardım etdiyi ailəyə ötürür.

Qənirə bacımın vəfat xəbərini eşidəndə ilk olaraq həmin sual səsləndi qulaqlarımda: “Qardaş, az olmadı ki?”

Qənirə Paşayeva bu sualı ömrünə otuzdurmuş adam idi. Ömrü boyu bu hislə yaşadı - “Görəsən, az olmadı ki?”

Ona elə gəlirdi, elədiyi bütün yaxşılıqlar həmişə azdır. Bir az, azdır. Nə isə, azdır. Heç kəs inciməsin, o, çağdaş Azərbaycanın sevgidolu qadın üzü seçdi özünü. Bu, belə idi. Bu, belə oldu. Bu ölkədən bir Qənirə keçdi...

Bu günləri görmək ən çox sənin haqqın idi, əzizim dost adam. Sevgili bacımız…

Qənirə bacım Min Möhtəşəm Günəş idi. Odur, Ruhuna min bir Eşqlər!

P.S. Deyirəm, Qənirə bacı, az olmadı ki?

# 7016 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər