"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur
12 noyabr 2026
# 15:37

İtaliyanın məşhur moda evi "Prada" 1913-cü ildə əsası qoyulan Milandakı tarixi "Galleria Vittorio Emanuele" ticarət pasajında brendin yüz ildən artıq yolunu əhatə edən sərgisini təqdim edib.

Kulis.az xəbər verir ki, səkkiz otaqdan ibarət olan sərgi moda evinin məşhur geyimləri ilə yanaşı, incəsənət, memarlıq, idman və texnologiya sahələrindəki yenilikçi layihələrini bir araya gətirir.

Sərgidə brendin yaranışından bu günə qədər olan təkamülü maraqlı eksponatlarla nümayiş etdirilir:

Mario və Martino Prada qardaşlarının hazırladığı məşhur tərs üçbucaq loqosu, Miuccia Pradanın 1970-ci illərdə dəbə gətirdiyi imza neylon çantalar, 1988-ci ilin ilk kolleksiyasından geyimlər və "Böyük Qetsbi" filmi üçün hazırlanmış xüsusi libas ziyarətçilərə göstərilir.

"Axiom Space" ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və NASA-nın 2028-ci ildə Ay səthinə enəcək "Artemis IV" missiyası üçün nəzərdə tutulan skafandrın prototipi sərginin ən diqqətçəkən hissələrindən biridir.

"Prada"nın marketinq direktoru Lorenzo Bertelli bildirib ki, yalnız öncədən rezervasiya ilə saatda 20 nəfərin ziyarət edə bildiyi bu məkan brendin illik gəlirlərinə təxminən 100 milyon avro əlavə töhfə verəcək.

# 443 dəfə oxunub

Oxşar xəbərlər

Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

15:23 24 noyabr 2026
“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

15:14 24 noyabr 2026
Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

15:00 24 noyabr 2026
Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

14:46 24 noyabr 2026
Cennifer Lopezin konserti  televiziyada təqdim olunacaq

Cennifer Lopezin konserti televiziyada təqdim olunacaq

14:12 24 noyabr 2026
Qaçaq yolla aparılmış 100 tarixi əsər ABŞ-dən Türkiyəyə qaytarıldı

Qaçaq yolla aparılmış 100 tarixi əsər ABŞ-dən Türkiyəyə qaytarıldı

13:41 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər