“Ozan” elm və sənət toplusunun yeni nömrəsi işıq üzü gördü

“Ozan” elm və sənət toplusunun yeni nömrəsi işıq üzü gördü
7 iyul 2023
# 13:40

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2023-cü ildə ilk buraxılışı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, redaksiya heyətinə Azərbaycanın görkəmli elm və sənət adamları ilə yanaşı, ABŞ, Türkiyə və Gürcüstandan da nüfuzlu elm adamlarının daxil olduğu toplunun bu nömrəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.

Oxucular buraxılışın bu nömrəsində bu il yubileyləri qeyd olunan görkəmli saz-söz ustadları Hüseyn Bozalqanlı (M.Qasımlı. “Ustadlar ustadı”), Şair Nəbi Borçalı (E.Məmmədli. “Borçalı nəğməkarı”), Murad Niyazlı (S.Alıyev. “Ağır ellər ozanıyam”), Əkbər Cəfərov (“Sazın Əkbər möcüzəsi”) və Məmmədağa Babayev haqqında yazılar və onların şeirlərindən nümunələrlə tanış ola bilərlər.

Topluda həmçinin Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Folklor mənşəli arxaik musiqi alətlərinin yaranma səbəbləri” və “Əfsanəvi keçmişimizi qürurla gələcəyə daşıyan heyrətamiz Oğuznaməçi şair – Azər Buzovnalı”, professor İradə Köçərlinin “Qurban Səid/Məhəmməd Əsəd/Lev Nissimbaumun qəhrəmanı nəyə görə Azərbaycan dilində bayatı şikəstə oxuyur???”, araşdırmaçı Nailə Səmədovanın “Azər Buzovnalı “Oğuznamə”si”, Şəbnəm Haqverdiyevanın “Aşıq deyişmələri” toplusu haqda düşüncələr” və “Aşıq təcnislərinin ilk mükəmməl antoloji nəşrləri” kimi elmi məqalələri və “Aşıq Qərib” dastanı ilə də tanış ola bilərlər.

Həmişə olduğu kimi, toplunun bu nömrəsində də Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər barədə xronoloji ardıcıllıqla xəbərlər və son vaxtlar işıq üzü görmüş kitablar haqda qısa məlumatlar da yer alıb.

# 2103 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər