Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər
13 noyabr 2026
# 10:14

Dünya incəsənət bazarının diqqəti noyabr ayında Nyu-Yorkda keçiriləcək böyük hərraclara yönəlib.

Kulis.az xəbər verir ki, “Sotheby's”, “Christie's”, “Phillips” və “Bonhams” hərrac evləri bu ay şəhərdə keçiriləcək satışlardan ümumilikdə 2,04 milyard dollardan çox gəlir əldə etməyi gözləyir.

Proqnozlara əsasən, ümumi məbləğ 2,4 milyard dollara qədər yüksələ bilər.

Bu mövsümün əsas xüsusiyyəti uzun illər şəxsi kolleksiyalarda saxlanılmış sənət əsərlərinin satışa çıxarılmasıdır. Xüsusilə “Sotheby's” hərracında argentinalı kolleksiyaçılar Karlos Pedro Blakyer və Mariya Elena Arrietanın ailəsinə məxsus 12 rəsm əsərinin təqdim olunması böyük maraq doğurur. Kolleksiyanın təxmini dəyəri 450 milyon dollar civarındadır.

Satışın ən bahalı nümunələrindən biri Vinsent van Qoqun 1890-cı ildə yaratdığı “Blossoming Chestnut Trees” tablosudur. Əsərin ilkin qiyməti təxminən 180 milyon dollar müəyyənləşdirilib. Bu məbləğ rəsm əsəri hərracda gözlənilən qiymətə satılarsa, Van Qoqun sənət bazarındakı rekord göstəricilərindən birinə çevrilə bilər. Pol Sezannın “Arlequin” əsəri üçün isə təxminən 120 milyon dollar qiymət nəzərdə tutulur.

“Christie's” hərracında Vasili Kandinskinin “Betonte Ecken” və Qustav Klimtin “Litzlbergkeller” əsərlərinin hər biri 60–80 milyon dollar aralığında qiymətləndirilib. Jan-Mişel Baskiyanın, Klod Monenin və digər məşhur rəssamların əsərləri də satışa çıxarılacaq.

Ekspertlər bu hərracların nəticələrinin 2026-cı ildə dünya incəsənət bazarının vəziyyətini müəyyənləşdirmək baxımından vacib olacağını düşünürlər. Son illərdə iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, nadir və nüfuzlu kolleksiyalara marağın yüksək qalması bazarda ciddi canlanmanın əlaməti hesab olunur.

Növbəti həftənin satışları bir neçə onillik ərzində şəxsi mülkiyyətdə saxlanılmış rəsm əsərlərinin hansı qiymətə alıcı tapacağını da göstərəcək.

# 454 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər