Musiqili Teatrın aktrisası Özbəkistanın rəsmi bayram tədbirlərində

Musiqili Teatrın aktrisası Özbəkistanın rəsmi bayram tədbirlərində
7 sentyabr 2023
# 17:20

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solisti Eleonora Mustafayeva Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Daşkənddə keçirilən təntənəli mərasimdə iştirak edib.

Kulis.az xəbər verir ki, beş gün davam edən silsilə tədbirlərdə ölkəmizi layiqincə təmsil edən aktrisa türkdilli ölkələrin tanınmış opera müğənniləri – Şirin Mamatova (Özbəkistan), Zarina Altınbayeva (Qazaxıstan), Demet Gürkan (Türkiyə), Zaira Raimbəyova (Qırğızıstan), Ayna Seyirkuleva (Türkmənistan) ilə eyni səhnəni bölüşüb.

Eleonora xanım Özbəkistanın simfonik orkestrinin müşayiəti ilə "Azərbaycan elləri" (Fikrər Əmirov) mahnısını oxuyub.

Sonda "Sopranoların paradı"nda səhnəyə çıxan vokalçılar "Silva" (İmre Kalman) operasından bir parça ifa ediblər.

Qeyd edək ki, aktrisa bu tədbirə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TURKSOY-un dəvəti ilə qatılıb.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər