Misirdə Azərbaycan xalçaçılıq sənəti kursu fəaliyyətə başladı

Misirdə Azərbaycan xalçaçılıq sənəti kursu fəaliyyətə başladı
28 avqust 2023
# 10:18

Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – xalçaçılıq sənətinin tədrisinə start verilib.

Kulis.az xəbər verir ki, Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunması məqsədilə yaradılan kursda xalça ustası 57 yaşlı Camal Məhəmmədin rəhbərliyi ilə müxtəlif ölkələrdən 52 tələbə bu qədim sənətin sirlərinə yiyələnəcək. Misirdə xalçaçılıq sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Hazırda 120-dən çox tələbə gələcək kurslarda iştirak etmək üçün öz növbəsini gözləyir.

Cəmiyyətin sədri, tədqiqatçı-alim S.Nəsirov xalçaçılıq kursunun iştirakçıları ilə görüşdə bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətləri həyata keçirir. Bu baxımdan, qədim xalçaçılıq sənətini öyrənmək istəyən gənclərin çoxsaylı müraciətlərini nəzərə alan cəmiyyətin rəhbərliyi yeni layihəyə başlamaq qərarına gəlib.

S.Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan dövləti xalqımızın məişətində özünəməxsus yer tutan xalçaçılıq sənətinə böyük qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir.

Qeyd edək ki, xalçaçılıq sənəti ilə yanaşı, hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili, muğam sənəti və digər fənlər üzrə kurslarda 55 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.

Cəmiyyətin Qahirədə xalçaçılıq layihəsinə başlaması barədə xəbərlər Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı və digər ölkələrin mediasında geniş şəkildə işıqlandırılıb.

# 1802 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər