“Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib

“Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib
5 dekabr 2024
# 18:25

Dekabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib. “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin və “Pallada” bərpa-istehsalat şirkətinin direktoru Konstantin Lixolat tərəfindən təqdim olunmuş mühazirədə bərpa prosesinin çətinlikləri və incə məqamları haqqında danışılaraq, mədəni irsin qorunub saxlanılmasının vacib əhəmiyyəti vurğulanıb.

Kulis.az xəbər verir ki, məruzəçi xüsusilə, müəyyən tarixi dövrlərdə istifadə olunan ənənəvi texnologiyalar və materiallara diqqət yetirib. Konstantin Lixolat öz iş fəaliyyəti haqqında danışaraq, keçmiş əsrlərdə sarayları və evləri bəzəyən qədim kaminlər üzərindəki bərpa mərhələləri barədə ətraflı məlumat verib. Bundan əlavə, dinləyicilər keramika bəzəklərinin simvolikası haqqında maraqlı faktlar öyrəniblər.

Mühazirənin sonunda Konstantin Lixolat auditoriyanın suallarını cavablandıraraq müasir texnologiyaların tarixi orijinallığı qorumaqla obyektlərin mədəni dəyərinə xələl gətirmədən necə qorunub saxlanılması haqqında danışıb.

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər